“Avro-2020”nin dünən keçirilən Ukrayna – Şimali Makedoniya görüşündə (2:1) maraqlı hadisə baş verib.
Qol.az xəbər verir ki, Avropa çempionatının bu qarşılaşmasını ilk dəfə olaraq Cənubi amerikalı hakim - Argentina Futbol Federasiyasından Fernando Rapalyini idarə edib.
Bəs, necə olub ki, başqa qıtənin təmsilçisi Avropa çempionatına təyinat alıb?
Cavab sadədir. Bu, UEFA ilə KONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) arasındakı əməkdaşlıq çərçivəsində baş tutub. Avropanı təmsil edən ispan hakim Xüsus Xil Mansano isə hazırda Amerika kubokunun oyunlarında hakimlik edir. UEFA prezidenti Aleksander Çeferin deyib ki, hakimlərin mübadiləsi iki böyük turniri zənginləşdirəcək və TOP hakimlərin təcrübəsini daha da artıracaq.
Qeyd edək ki, argentinalı hakim “Avro-2020”yə hazirlıq məqsədilə 4 həftə İstanbulda hazırlıqda olub. O, ilk turun Rusiya – Belçika görüşündə ehtiyat hakim olub. Dünənki görüşdə Fernando Rapalyini biri Ukrayna, biri Şimali Makedoniyanın qapısına olmaqla iki penalti təyin edib və üç sarı vərəqə göstərib.
Əlavə edək ki, “Avro-2000” zamanı da 2 oyunu qeyri-avropalı hakim – misirli Hamal Handur da idarə edib.
"Qarabağ"ın rəqibi mövsümün ilk matçına çıxdı
DÇ-2026 FİFA-ya rekord gəlir qazandırdı
İspanlara qol vuran milli baş məşqçisiz qaldı
Finaldan sonra mətbuat konfransında ağladı - Video
"Araz-Naxçıvan"dan böyükhesablı qələbə
“Qarabağ” - “Vestri” matçı bu göstəricidə birinci oldu
Kevin Kiqan vəfat etdi
“Sabahın Ulduzları” üçün imzalar atıldı - Şəkillər
“Azərbaycanda uşaq-gənclər futbolunun yeni təməlini qoyuruq”
“Şamaxı” ilk yoxlama matçına çıxdı
"Sabah" bu cütün favoritidir" - KuPS-un baş məşqçisi
"Liqa mərhələsi barədə danışmaq hələ tezdir" - Dambrauskas
"KuPS-u məğlub edəcək gücdəyik" - "Sabah"ın futbolçusu
“Karvan-Yevlax” qapıçı transfer etdi
İnfantino çempionlara üzük hədiyyə etdi - Video
“Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
“İmişli”də yeni məşqçi təyinatı
"Şəfa"nın yeni transferi
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
Çempionluq medalını anasına verdi - Video