Türkiyə millisinin “Avro-2020”nin hər iki oyununda məğlbuyyəti komandanın qrupdan çıxmaq şansını çətinləşdirib. Daha doğrusu, türklər kiçik ehtimalla, yaxud möcüsə sayəsində 1/8 finala çıxa bilər.
Məlumdur ki, “ay-ulduzlular” Uelslə dünənki məğlubiyyətdən sonra ikinci yeri tutmaq imkanını əldə veriblər. İndi ümid yalnız ən yaxşı qrup üçüncüsü olmağa qalıb. Bəs, qrup üçüncüləri 1/8 finala necə yüksələ bilər?
“Avro-2020”nin əsasnaməsinə görə, 6 qrupun hər birində ilk 2 yeri tutan komandalar “pley-off”a birbaşa vəsiqə əldə edir. Digər 4 vəsiqəni isə ən yaxşı qrup üçüncüləri qazanır.
Bu zaman nələr nəzərə alınır?
- Toplanan xal
Bu zaman və sonra bərabərliklər olacağı hallarda isə ardıcıllıqla:
- Vurulan və buraxılan qollar arasındakı fərqə;
- Vurulan qol sayına;
- Qələbə sayına;
- “Fair play” xalına (sarı vərəqə - 1 xal, qırmızı vərəqə - 3 xal, iki sarı vərəqəyə görə “qırmızı vərəqə” - 3 xal);
- Nəhayət, seçmə mərhələnin yekununa əsasən, reytinqdəki mövqeyə üstünlük verilir.
Beləliklə, Türkiyə qrup üçüncüsü olmaq üçün son turda mütləq İsveçrəyə qalib gəlməlidir. Amma qələbə türklərə hələ növbəti mərhələyə getməyə təminat vermir. Çünki komanda 2 oyuna 5 qol buraxıb və 1 qol belə vura bilməyib. Hazırda Şenol Günəşin komandasının top fərqi mənfi 5-dir. Bu, hazırkı duruma görə Türkiyənin əleyhinə işləyən ən böyük amillərdən biridir.
Qeyd edək ki, hazırda 1 və 2 oyun keçirmiş digər 23 komandadan heç birində mənfi 5 nəticə yoxdur. Ona görə də bu fərq İsveçrə ilə oyunda mümkün çoxluqla aradan qaldırılmalıdır. Yəni 1-2 top fərqli qələbə hələ 1/8 finala çıxmaq demək deyil. Türklər və digər qruplarda üçüncü yeri tutan komandalar da 3 xal toplayarsa, qardaş ölkə komandasının mübarizəni dayandırması ehtimalı yüksəkdir.
İndiki halda isə ümid daha çox onadır ki, Türkiyə son turda qalib gəlməklə 3 xal qazanmalı, 6 qrupun yekun nəticəsində 3-cü yeri tutan komandalardan 2-si isə maksimum 2 xal toplamalıdır. Bu halda türklər 1/8 finala adlaya bilər.
Amma bir gerçəklik unudulmamalıdır ki, qrupda son turda Türkiyə ilə oyun İsveçrə üçün də əhəmiyyətlidir. Məğlubiyyət İsveçrəni “Avro-2020”dən kənarda qoyacaq. Qələbə qazanacağı halda isə bu komandanı xalı 4 olur və 1/8 finala getmək şansı yüksəlir. Qrupun digər görüşü İtaliya – Uels matçının nəticəsindən asılı olaraq İsveçrə “pley-off”a ya qrup ikincisi, ya da ən yaxşı qrup üçüncülərindən biri olaraq adlaya bilər.
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu
Anatoli Nuriyevdən gözəl qələbə qolu - Video
“DH Volley” komandası pley-off mərhələsinə vəsiqə qazandı
"ABŞ-ı boykot edəcəyik, dünya çempionatını yox"
“Real”da ciddi itki
Çempionlar Liqasını qazanmaq üçün əsas favorit açıqlandı
2-ci liqada oyunların saatı açıqlandı
"Karvan-Yevlax" - "Zirə": Heyətlər açıqlandı
Levandovski İnzaqinin ÇL rekordunu qırdı
Bakıda beynəlxalq təlim-məşq toplanışı
Neymarın baş məşqçisi istefaya göndərildi
"Qalatasaray" UEFA-dan təzminat tələb edəcək - Video
Avrokubokların oyunlarını yayımlayacaq kanallar