«Bakı» klubunun vitse-prezidenti Zeynal Məmmədov Unibank Premyer Liqasının səkkizinci turunda səfərdə «Xəzər Lənkəran»a qarşı keçirilmiş oyunla bağlı Qol.Az saytının suallarını cavablandırıb
- Komandanız məğlubiyyətdən son anda qurtuldu. Bu mənada, heç-heçəni «Bakı» üçün uğurlu saymaq olar?
- Səfərdə, özü də «Xəzər Lənkəran» kimi bir komandadan bir xal almağı uğur hesab edə bilərik. Bildiyiniz kimi, rəqibin heyəti çox güclü futbolçulardan qurulub. Lənkəran təmsilçisinə hörmətlə yanaşırdıq. Ona görə də mən hesab edirəm ki, son oyunda «Xəzər» iki xal itirdi, biz isə bir xal qazandıq. Düzdür, birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Yağış yağdığı üçün meydanın ot örtüyü yaxşı durumda deyildi. Bizim futbolçular isə texnikalı oyuna üstünlük verdiklərindən haradasa onların istədiyi alınmırdı, anlaşılmazlıq yaranırdı. Amma fasilədən sonra daha yaxşı oynamağa başladıq. 10 nəfərlə qalmağımıza baxmayaraq, təslim olmadıq, sonadək mübarizə apardıq və bizə lazım olan qolu vurduq. Həm də bu mövsüm «Xəzər»in qapısına ilk qolu vuran komanda da məhz «Bakı» oldu. Bu, bizi sevindirməyə bilməz.
- Belə çıxır ki, klubunuzun rəhbərliyi komandanın oyunundan tam razı qalıb?
- Tam razı qala bilmərik. Çünki birinci hissədə yaxşı oynamadıq. Amma təkrar edirəm, komandamız 10 nəfərlə qalmasına baxmayaraq, təslim olmadı. Hətta biz qol vurduqdan sonra Sofroni topu tordan götürüb dərhal meydana qaçdı. Bu bir daha onu göstərir ki, «Bakı» qələbə qazanmaq istəyirdi. Amma həmin epizodda Kamranın hərəkətinə hakimin göz yumması və yaxud onu görməməsi mənə maraqlı gəldi.
- Konkret bu epizodla bağlı sizə sualımız olacaq. Hələlik başqa bir məsələ haqda fikrinizi bilmək istərdik. Artıq belə fikir formalaşıb ki, «Bakı» «Xəzər Lənkəran» üçün keçilməz rəqibə çevrilib. Bununla bağlı nə deyə bilərsiniz?
- Hamı elə bu haqda danışır. Yuxarıda qeyd etdiyim kimi, bu mövsüm «Xəzər Lənkəran»ın qapısından ilk qolu «Bakı» keçirdi. Ötən mövsüm bu komanda öz meydanında bizə uduzduğu üçün çempion ola bilmədi. Və ya kubokun finalında «Bakı»ya məğlub oldu. Bəli, «Bakı» «Xəzər Lənkəran» üçün arzuolunmaz rəqibə çevrilib. Amma bu futboldur. Futbolu düşmənçiliyə çevirmək olmaz. Biz meydanda rəqibik, oyundan sonra isə qardaşıq.
- Amma tribunalarda baş verən sizin fikirlərinizi inkar edir. Konkret olaraq, komandanıza xitabən səslənən “Sevirəm Xəzərin qucağındakı, ey əziz, ey gözəl, mehriban Bakı” şüarının hazırlanmasında klubun nümayəndələrinin iştirakı haqda fikirlər dolaşır.
- Biz belə bir olayın baş verməsinə hələ də inana bilmirik. Bunu hansı tərbiyəsiz, ağılsız edib… Bu hadisəni «Xəzər Lənkəran» rəhbərliyi təşkil etməyib. Bir-iki nəfərin etdiyi tərbiyəsizliyə görə bütün komandanı ittiham etmək olmaz. Həmin sözlərin yazıldığı plakat qaldırılanda biz Tuyqun Nadirovla oyunu birgə seyr edir və söhbətləşirdik. Mənə dedi ki, belə bir plakat hazırlanıb, amma klubun prezidenti Mais Mənsimovun müdaxiləsindən sonra plakat stadiona buraxılmayıb. Elə bunu demişdi ki, birdən tribunada sözegedən plakat göründü. Belə bir plakatın hazırlanmasından əvvəlcədən məlumatım var idi. «Xəzər Lənkəran» klubu onun stadiona keçməsinə mane olmağa çalışıb. Amma göründüyü kimi, həmin azarkeşlər klubun rəhbərliyini də aldadıb. Oyundan sonra bu haqda polis rəisi ilə də söhbətim oldu. Plakatın stadiona necə keçirilməsilə maraqlandım…
Bir daha deyirəm, bu, tərbiyəsizlikdir. Belə bir şüar təkcə «Bakı» klubuna deyil, bütün Bakı şəhərinə və Azərbaycana qarşı təhqirdir.
- Plakatın konkret kimin tərəfindən hazırlanması barədə sizdə məlumat var?
- Bəli. Bizə xəbər çatıb ki, bu plakatı hazırlayanlar «12-ci oyunçu» adlanan fan-klubun üzvləri olub. Bildiyiniz kimi, bizim prezidentlər çox yaxındırlar. «Bakı» klubu olaraq xahiş etmişik ki, hadisədə təqsiri olanlar ən qısa zamanda cəzalandırılsınlar. Bir daha deyirəm, belə bir olay bizim adımıza, mentalitetimizə yaraşmır. «Bakı» klubunun da 400-500 azarkeşi Lənkarana getmişdi. Amma onlar çox sakit şəkildə, təmkinlə komandalarına azarkeşlik etdilər və təxribata getmədilər.
- Hadisəylə əlaqədar «Xəzər Lənkəran» rəhbərliyinə müraciət etmisiniz?
- Biz klubumuzun rəsmi saytı vasitəsilə etiraz bəyanatı yaymışıq. Bundan başqa, «Xəzər Lənkəran» rəhbərliyilə də şifahi söhbətimiz olub. Amma bir daha deyirəm, bir-iki nəfərin tərbiyəsizliyini klubun adına yazmaq olmaz.
- Bəs, AFFA-ya necə, müraciət etmək fikriniz var?
- Bu məsələyə görə belə bir müraciət gözlənilmir. Amma əgər «Xəzər Lənkəran» oyunun 91-ci dəqiqəsindəki penalti epizodu ilə bağlı AFFA-ya müraciət etsə, biz də Kamran Ağayevin futbolçumuzu dirsək vurduğu epizodla bağlı quruma şikayət ünvanlamaq barədə fikirləşəcəyik. Oyun televiziya ilə canlı yayımlanıb və Kamranın bizim futbolçunu dirsəyi ilə vurduğu orada açıq-aydın görünür. Biz AFFA İntizam Komitəsinin sabah keçiriləcək iclasında çıxarılacaq qərarı gözləyirik. Görək, Kamran haqda, oyunu idarə edən Fariz Yusifov barəsində hansı qərarlar veriləcək.
- Fariz Yusifov iddia edir ki, Kamranın Sofronini vurduğu epizodu görməyib.
- O da insandır, hər şey ola bilər. Amma necə olur, Jaba rəqibi vuranda onu görür, amma Kamran hərəkətini görmür?!
- Kamrana qırmızı vərəqə verilsəydi, nə dəyişəcəkdi?
- Çox şey. Həmin epizod 85-ci dəqiqədə baş vermişdi və buna qədər «Xəzər Lənkəran» bütün əvəzetmələrdən istifadə etmişdi. Buna görə də Kamranı meydanda olan futbolçulardan biri əvəz edəcəkdi. Özünüz fikirləşin, bundan sonra «Bakı»nın nə qədər qol vurmaq şansı yarana bilərdi. Amma bizim qapımız qarşısındakı mübahisəli penalti epizodu 91-ci dəqiqədə baş vermişdi. Ona görə də heç kim deyə bilməz ki, «Xəzər Lənkəran»ın qələbəsi əlindən alınıb. Bu, absurddur.
- «Bakı» klubu Kamran Ağayevin hərəkətini necə qiymətləndirir?
- Çox mənfi. Ümumiyyətlə, son vaxtlar bu futbolçuda aqressivlik yaranıb, əsəblərini qoruya bilmir. Təkcə Kamran deyil, millidə oynayan futbolçuların əksəriyyəti özlərini dağ başına qoyublar.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi