Unibank Premyer Liqasının səkkizinci turunun «Xəzər Lənkəran» - «Bakı» görüşü qalmaqallı olaylarla yadda qaldı. Xüsusən lənkəranlı azarkeşlərin “Sevirəm Xəzərin qucağındakı, ey əziz, ey gözəl, mehriban Bakı” şüarına paytaxt klubu rəsmi saytı vasitəsilə etirazını bildirib: “Unibank Premyer Liqasının 8-ci turunun "Xəzər Lənkəran" - "Bakı" qarşılaşması bir qrup yerli azarkeşin etik normalara uyğun gəlməyən, milli mentalitetimizə yad və təhqir xarakterli banner qaldırması ilə müşayət olundu. Təəssüf ki, nə həqiqi futbol azarkeşləri, nə də meydan sahiblərinin rəsmi nümayəndələri bu rüsvayçı hala münasibət bildirdilər».
Qol.Az-ın müxbiri bu məsələylə bağlı «Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirova müraciət edərək onun fikirlərini öyrənib.
- «Bakı» klubu lənkəranlı azarkeşlər tərəfindən səsləndirilən şüara etiraz edib. Bununla bağlı «Xəzər Lənkəran»ın mövqeyi necədir?
- Bilirsiniz, oyunlarda belə şüarların olması normal haldır. Əlbəttə, biz bu şüarı görəndən sonra azarkeşlərimizdən xahiş etdik ki, onu yığışdırsınlar. Sizi inandırım ki, o şüar tribunada beş dəqiqə qalıb, ya qalmayıb. Bu hadisə ikinci hissənin ortalarında baş vermişdi.
- Şüarın konkret kimin tərəfindən hazırlandığını müəyyənləşdirə bilmisiniz?
- Bunu klubun rəsmi fan-klubu deyil, sıravi azarkeşlər hazırlayıblar. Birdə ki, biz xaricdə də belə hallara rast gəlirik. Yabancı ölkələrdə də böyük bir plakat hazırlanır. Amma yenə də deyirəm, bu şüarı görəndən sonra biz onlardan xahiş etdik ki, onu yığışdırsınlar. Azarkeşlərimiz də sözümüzü yerə salmadılar.
- Bir məsələ var ki, «Bakı» klubu plakata deyil, orada səslənən və etik normaları aşan ifadələrə etiraz edir.
- Bilirsiniz, bu şüarı klub sifariş etməyib. «Xəzər Lənkəran» bu cür halların baş verməsində maraqlı deyil. Hər bir azarkeşin öz fikri, dünyagörüşü var. Bilirsiniz ki, «Bakı» kubokun finalında bizə qalib gələndən sonra narazılıq yaranmışdı. Ola bilər ki, bəzi azarkeşlərimiz məhz buna görə belə bir şüar hazırlayıblar.
- Ümumiyyətlə, «Xəzər Lənkəran» klubu etik normaları aşan şüarların səsləndirilməsinə necə yanaşır?
- Hər halda biz fikrimizi azarkeşlərimizə çatdırdıq, onlar da plakatı dərhal yığışdırdılar. Əgər belə şeylərə normal yanaşsaydıq, əlbəttə ki, azarkeşlərə müraciət etməzdik.
- «Bakı» rəhbərliyi bu məsələylə bağlı konkret sizin klubun özünə müraciət edibmi?
- Xeyr. Bizim həmin klubun rəhbərliyi ilə gözəl münasibətlərimiz var. Oyunu da Zeynal Məmmədovla bir yerdə izləyirdik. Mənə elə gəlir ki, elə bir ciddi problem baş verməyib. Qonaqlarımızı da Lənkəranda yüksək səviyyədə qəbul edib, yola salmışıq.
- Oyunun özü haqda nə fikirdəsiniz? Hesabda irəlidə olduğunuz halda 10 nəfərlə qalan «Bakı»yla oyunun son dəqiqələrində qol buraxıb qələbəni əldən verdiniz.
- «Bakı» gözəl və əzmkar oyun nümayiş etdirdi. Hətta mən bu məsuliyyəti öz üzərimə götürüb deyə bilərəm ki, «Bakı» bu mövsüm ən yaxşı oyununu «Xəzər Lənkəran»a qarşı matçda nümayiş etdirdi. Bütün bunlar onu göstərir ki, hər bir klub «Xəzər Lənkəran»a qarşı özəl hazırlaşır.
Bizim komanda da layiqli oyun nümayiş etdirdi. Düzdür, yağışlı hava oynadıq, amma oyunumuz bizi qane etdi. Bunu matçdan sonrakı mətbuat konfransında komandamızın baş məşqçisi Mirça Rednik də etiraf etdi. Bir neçə qol epizodundan istifadə edə bilmədik. Qələbə qazanmağımızda hakimin də yanlış qərarları mane oldu. Başqa sözlə, bu turu da hakimin bizə qarşı qərarıyla yola verdik. «Xəzər Lənkəran»a qarşı hakim səhvləri artıq adətə çevrilib.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi