“Zaqatala” klubunun prezidenti Musa Qurbanovun Qol.az saytına müsahibəsi
- Bu gün AFFA “Turan Tovuz”, “Kəpəz” və “Zaqatala”ya növbəti mövsümdə Premyer Liqada iştirak etmək üçün lisenziya vermədi. Qərara münasibətiniz necədir?
- Mən gözləyirdim ki, buraxılmayacağıq. Bölgə klublarının yüksək liqada çıxış etməsi üçün maddi gücü yoxdur. Mən ilk gündən deyirəm ki, ya dövlət səviyyəsində, ya da AFFA tərəfindən proqram hazırlansın. Bölgə klubları üçün maliyyə vəsaiti ayrılıb inkişaf etdirilməsə, çətin olacaq.
- Qərarı komandanız necə qarşılayıb?
- Hər halda komandaya yaxşı təsir edə bilməz. Məcbur strategiyanı dəyişməli olursan. Sabah istədiyin futbolçunu kluba dəvət etmək çətin olacaq. Futbolçular buraya Premyer Liqaya qalxmaq ümidi ilə gəlirlər. Bakıdan, digər şəhər və rayonlardan gələn futbolçular var. Bizdən başqa Tovuzu, Gəncəni də qeyd edərdim ki, yüksək liqa üçün mübarizə aparır. Dediyim kimi, belə bir vəziyyət yarananda motivasiya aşağı düşür. Yaxşı təsir göstərmir.
- Bəs, azarkeşləriniz nə deyir?
- Azarkeşlər ümidli idilər ki, komanda Premyer Liqaya vəsiqə qazanacaq. Qərar təzə çıxıb deyə hələ onlarla danışmamışam. Ümumiyyətlə, Zaqatalanın futbol ənənələrini, infrastrukturunu götürsək, Premyer Liqada oynamaq üçün şərait var. Yalnız maliyyə problemi mövcuddur. Gələcəkdə dövlət tərəfindən köməklik göstərilsə, yaxşı olar.
- Çıxış yolunu nədə görürsünüz?
- Subyektiv fikrim budur ki, bir halda ki, belə durum yaranıb, onda bölgə klubları Premyer Liqanı unudub ancaq uşaq futbolunun inkişafı ilə məşğul olsa, vəsait ora yönəldilsə, daha faydalı olar. Birinci divizionu ləğv edərək, ayrılan maliyyə hesabına yaxşı uşaq futbol məktəbləri açıb yaxşı məşqçilər, yaxşı futbolçular yetişdirib uşaq futbolunu inkişaf etdirə bilərik. Onu da AFFA proqram kimi tərtib edib Zaqatala, Tovuz, Gəncədə həyata keçirə bilər. Bu, mənim şəxsi fikrimdir (gülür).
Ağa Dadaşzadə
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq
Karyerasını bitirməyi düşünürdü, amma...
Kapitan "Liverpul"da qalır
"Sabahın Ulduzları" ilə bağlı tədbir keçirilib
"Almaniya millisində işləməyə hazıram” - Klopp
"İmişli"də daha bir ayrılıq
Məhəmməd Salahın qələbə şousu - Video
"Hər kəsə çay içməyi məsləhət görürəm"
"Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
40 yaşlı Modriç "Milan"da qalır
Skaloni Argentina millisi ilə 100-ə çatdı
"Xankəndi" baş məşqçisi ilə bağlı qərar verdi