"Sabah" klubunun kapitanı Ruslan Abışov səfərdə "Sumqayıt"a 2:0 hesablı qalib gəldikləri oyundan sonra Qol.az saytına müsahibə verib.
- Uzun fasilədən sonra əsas heyətdə meydana çıxdın. Təəssüratların necədir?
- Nə deyim? Əsas heyətdə oynamaq, komandanın qələbəsində pay sahibi olmaq xoşdur.
- Oyun necə keçdi? Sizin üçün çətin olmadı?
- "Sumqayıt"la oyun istənilən komanda üçün çətin keçir. Bizi də çətin oyun gözlədiyini bilirdik və belə də oldu. Bu komandanı səfərdə məğlub etmək asan olmadı. Həqiqət əziyyət çəkdik, komandamızı təbrik edirəm.
- Bu görüşü əsas heyətdə yerini möhkəmlətmək üçün fürsət hesab etmirsiniz?
- Əsas heyətdə möhkəmlənmək üçün əvvəlcə buna layiq olmalısan. Mən də əsasən buna çalışıram. Hazırda özümü gümrah hiss edirəm, komandama var gücümlə kömək etməyə hazıram.
- “Sabah”ın son turlardakı uğurlu çıxışı nə ilə bağlıdır?
- Uğurlu çıxışımızın əsas səbəbi yeni baş məşqçimizdir. Ramin Quliyev komandada ab-havanı tamam dəyişib. İndi futbolçular özlərinə daha çox inanır və daha həvəslə mübarizə aparırlar.
- Ramin Quliyev komandada nəyi dəyişib?
- Ən əsası məğlubiyyət psixologiyasını dəyişib. Taktiki planda maraqlı və faydalı rotasiyalar edib. Nəticəsini də hamı görür. Bir sözlə, Ramin Quliyevin təyinatı kifayət qədər uğurlu seçimdir.
- Mövsümün əvvəlindən belə çıxış etsəydiniz medal qazanmaq da mümkün olardı.
- Sizə öz komandamızdan misal çəkim. “Sabah”ın potensialını hamı bilir. Bu cür futbolçularla çempionluğu da oynamaq olardı. Rəhbərlik komandada uğurlu nəticə qazanmaq üçün hər bir şərait yaradıb. Sadəcə, uğurlu baş məşqçiyə ehtiyacımız var. Artıq bu sarıdan heç bir problemimiz yoxdur.
- Bizdə olan məlumata görə, Canni De Byazi bir neçə dəfə səninlə maraqlanıb.
- Hə, zədəli olduğum vaxtlarda bir neçə dəfə olub. Əlbəttə, bu, mənim üçün əla stimuldur. Çalışıb formada qalmaq lazımdır. Başqa heç nə (gülür).
- Uzun illər Azərbaycan milli komandasının aparıcı üzvü olmusan. Yəqin yenidən milliyə qayıtmaq istəyirsən.
- Təbii ki, çəkimi 25 yaşındakı kimi saxlamışam, gücüm də ki, öz yerində. Tarazlığı qorumaq elə də asan deyil. Bunları normada saxlamaq üçün bəzi şeyləri qurban verməlisən. Yuxu rejiminə, qidalanma və başqa amillər. Bunu da ona görə edirsən ki, nə vaxt sənə etimad göstərilsə sözünü deyə biləsən, meydanda sürünməyəsən.
- Hazırda millinin ümümi durumu haqda nə deyə bilərsən?
- Bu haqda kənardan danışmaq çətindir. Çətin qrupa düşmüşük. Heç kimi qınamaq olmur. Amma nə olursa olsun, hər bir çətin işin çarəsini tapmaq lazımdır.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"