Birinci divizionda yarışan “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov Qol.az saytının suallarını cavablandırıb
- Baş məşqçisi olduğunuz "Neftçi 2" birinci divizonda çempionluğun astanasındadır.
- Hələ qarşıda 3 tur var. 3 xal da qazanmalıyıq ki, birinciliyi təmin edək. İnşallah, çempion olarıq (gülür).
- Komandanızdan kimləri "Neftçi"nin əsas komandasında görürsünüz?
- Tam səmimi deyim ki, heç kimi ayırmaq istəmirəm. Hər bir futbolçunun əziyyəti var. Kiminsə adını çəkə bilmərəm ki, bu pis, digəri əla oynayır. Üstün cəhətlərimizdən biri də odur ki, 4-5 futbolçumuz "Neftçi"nin əsas komandasına cəlb olunur. Məşq edirlər, oyunlara çıxırlar. "Keşlə" ilə oyunda heç birinin adı iştirak ərizəsində olmadı. Çünki Tovuzdan səhərə yaxın ağır oyundan gəlmişdik. Ara-sıra əsas komandada Asim, Emin, İsmayıl, Vüsal kimi gənc oyunçuları meydanda görürük. İstəyirəm ki, gələn mövsüm bu futbolçular Premyer Liqa klublarında çıxış etsinlər. Fərqi yoxdur ki, "Neftçi" olsun, ya digərləri. Futbolçular potensiallarını Premyer Liqada aça bilərlər. Futbolumuz onları əvəzedicidə yox, Premyer Liqada qazana bilər. İlboyu məşq edib, amma oynamırlarsa, inkişaf edə bilməzlər. Gərək oynayıb artırsınlar. İstəyirəm ki, gənc futbolçuların əksəriyyəti Premyer Liqada oynasın.
- Amma klubların çoxu da yerli gənclərə az güvənir, legionerlərə üstünlük verirlər.
- Çünki təzyiq var, komandadan nəticə istəyirlər. Məşqçi də məcbur olub daha yaşlı oyunçunu və ya legioneri oynadır. Təzyiq, nəticə tələb olunan yerdə bu, belə də olacaq. Gənc futbolçuların digər klublarda çıxış etmək şansları var. Düşünürəm ki, digər klublarımız onları dəvət etməlidir. Belə olduğu halda onların potensialı, stimulu, ümidləri ölməyəcək. Bizdə gənclərə əsasən 10-15 dəqiqə şans verirlər və nəsə gözləyirlər. Belə olmaz. Gənc futbolçuya inanmaq, onları oynatmaq lazımdır. Futbolçu özü-özünə yetişmir, oynadıqca yetişir. Mən bizə qarşı oynayan divizion komandalarına baxıram, görürəm ki, maraqlı futbolçular var. Onlar artıq Premyer Liqa səviyyəli futbolçulardır. Bunun da çıxış yolu odur ki, Premyer Liqada klubların sayı çox olmalı, seleksiya işi daha peşəkar aparılmalıdır.
- Bir müddət öncə xəbərlər yayıldı ki, Azərbaycan U-21 millisinin baş məşqçisi təyin olunacaqsınız.
- Bunu kim deyirsə, yalan deyir. Mənə heç kim dəvət göndərməyib. Ola bilsin, namizədlər arasında adım olsun, amma rəsmi dəvət olmayıb.
- Sizə dəvət niyə gəlmir ki?
- Deyə bilmərəm. Məndən asılı olan bir şey deyil. Bu, özümə də maraqlıdır. Ümid edək ki, yaxın zamanda təklif gələcək.
- Premyer Liqanın gedişatını necə dəyərləndirirsiniz?
- Biz bunu çempionatın sonunda dəqiq dəyərləndirə bilərik. Hazırda "Qarabağ" və "Neftçi" arasında gərgin mübarizə gedir. Çempionatın pik nöqtəsi elə son turlar olacaq. O vaxt həm medalçılar müəyyənləşəcək, həm avrokuboklara gedən bütün klubların adı məlum olacaq. Bu baxımdan ən maraqlı oyunlara şahid olacağıq.
- "Qarabağ" bu gün "Zirə"ni məğlub etsə, yenə "Neftçi"ni 3 xal geridə buraxacaq. Sizcə, komandanız bu xal fərqini aradan qaldıra biləcək?
- "Neftçi" xal fərqini aradan qaldırmalıdır və qaldıracaq da. Çünki çempionluğa oynayırlarsa qarşıdakı matçları udmalıdırlar.
- Kubokun finalında "Keşlə" "Sumqayıt"a rəqib oldu. Final barədə nə düşünürsünüz?
- Kubokun finalında gözlənilməz nəticələr olur. Bəlkə də çoxları "Qarabağ" - "Zirə" finalını görürdü, amma tam əksinə oldu. İstər "Keşlə", istərsə "Sumqayıt" komanda şəklində bütün gücünü finala qoyacaq. Favorit görmürəm, şanslar bərabərdir.
Ağa Dadaşzadə
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
Azərbaycan boksçusu Dünya kubokunun qalibi oldu
Yaponların 4 qollu qələbəsi - Video
"İmişli"də yeni məşqçi təyinatları
Mundialla vidalaşacaq 3-cü komanda bilindi
Almaniyanın geridönüşü - Video
15 seyv etdi, matçın ən yaxşı oyunçusu seçildi
"İkinci Zubir olmaq istəyirəm" - Jali Muaddib
Almaniyadan möhtəşəm geridönüş
La Liqaya vəsiqə qazanan son komanda da bilindi
Niderland İsveçi bu qollarla darmadağın etdi - Video
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"