Hazırda Türkiyənin İstanbul şəhərində müalicə və müayinə prosesində olan Ağdamın “Qarabağ” klubunun və millimizin gənc yarümmüdafiəçisi Əfran İsmayılov Qol.Az saytının suallarını cavablandırıb.
- Artıq neçə gündər ki, İstanbuldasan. Muəlicən necə keçir?
- Hər şey qaydasındadır. Səhər 10-da yuxudan durub məşqə gedirəm. Hardasa 2-3 saat məşq edib, gəlib yatıram. Axşam isə İstanbulu gəzməyə çıxıram.
- Yəqin ki, həkim hələlik yalnız yüngül məşqlər etməyinə icazə verir…
- Yüngül görsənə bilər, amma mənə ağır gəlir. Elə yoruluram ki, məşqdən qayıdandan sonra yatıram. Bütün məşqləri bitirən kimi hələ 12 dəqiqə də qaçıram.
- Bəs, bu cür məşqlər sənə əlavə problem yaratmır?
- Yox. Ağır da olsa, hiss edirəm ki, məşqin mənə xeyri var. Məsələn, əvvəl qaça bilmirdim, indi qaçıram, pilləkəndən düşəndə ayağım ağrıyırdı, indi ağrımır. Bir də, bu, elə zədədir ki, gərək çoxlu məşq edəsən ki, ayağın bərkisin.
- Bəs, toplu çalışmalara nə vaxt başlayacaqsan?
- İnhallah, 20-25 günə Bakıya qayıtmalıyam. Bundan 15 gün sonra da topla məşq edə biləcəyəm.
- Belə fikirlər var ki, sənin ayağın fiziki yüklənməyə dözmədiyi üçün zədə almısan. Bu haqda həkimlər nə deyir?
- Nə bilim, vallah. Zədə elə şeydir ki, bundan heç bir futbolçu sığortalanmayıb. Özünüz də gördünüz ki, “Neftçi”ylə oyunda heç nədən zədə aldım, ayağım burxuldu... Artıq keçmişdə qalanları fikirləşmirəm. Ancaq irəliyə baxıram və tezliklə yaşıl meydana qayıdacağım günü gözləyirəm.
- Gəl, bir az da İstanuldan danışaq. Bu şəhər sənə necə təsir bağışlayır?
- Yaxşı şəhərdi, amma o qədər tıxac olur ki, adam heç oteldən kənara çıxmaq istəmir. Ümumən İstanbulun gəzməli yerləri çoxdu.
- Məsələn, haralarda olmusan? İstanbulda ən çox bəyəndiyin nə oldu?
- Çox yerləri gəzmişəm. Amma boğazda gəmi ilə gəzməkdən gözəli yoxdur. Birdə ki, burda kinoteatra gedib film izləməyi xoşladım.
- Ən son hansı filmə baxdın?
- «Şeytan» adlı qorxunc bir filmi izlədim.
- Deyəsən, belə kinoları xoşlayırsan?
- Yox, sadəcə, kinoteatra getdiymiz gün yalnız həmin filmi nümayiş etdirirdilər. Bundan başqa, romantik filmlər göstərirlər, onu da izləməyə burada qızla gəlirlər.
- Bəs, İstanbulda tarixi abidələr olan yerə baş çəkmisən?
- Bundan sonra ora da getməliyəm. Düzü, gəzməklə elə də aram yoxdur. Sadəcə, dostum məcbur edir, mən də onunla gedirəm. Mən əslində çox gəzməməli və bir yerdə oturmalıyam. Onsuz da məşqdən yorğun gəlirəm.
- Bəs, İstanbulda futbola baxmaq üçün stadiona getmisən?
- Hələ ki, yox. Amma yəqin ki, Rəşadın oyununa baxmağa gedəcəyəm. Bu həftə Eskişehirdə onlar “Ankaraspor”la görüşürlər. Nə vaxta kimi buradayam, Rəşadın hər bir oyununu stadiondan izləməyə çalışacağam. Rəşadla yaxınam. Həm də oyundan sonra bir yerdə olacağıq. Birdə ki, Türkiyə superliqasında yeganə azərbaycanlı Rəşaddır və ona mənəvi dəstək olmalıyıq.
- İstanbulda olduğun müddətdə Rəşad sənə baş çəkib?
- Keçən bazar günü mən Rəşadın yanına getmişdim. Onun hər gün məşqi olduğu üçün bura gələ bilmir. Mənim isə vaxtım çox olur.
- Bəs, Türkiyədə oynayan İlqar Qurbanov necə, səninlə əlaqə saxlayıb?
- Yox. İlqarla münasibətim yoxdur.
- Azərbaycandan səni kimlər axtarıb-arayır?
- Sağ olsun, dost-tanış məni darıxmağa qoymur.
- «Qarabağ»ın son oyunlarını izləmisən?
- Xeyr. Çünki burda yalnız AzTV-yə baxmaq mümkündür. «İdman Azərbaycan» kanalı isə göstərmir. Amma oyunlar haqda mənə danışıblar.
- Səncə, nəticələr qaneedicidir?
- Ümumi götürəndə hələ ki, yox. Çünki hələ güclü rəqiblərdən xal almamışıq. «Qarabağ» dünən «Gəncə» ilə oyunda qalib gəlib və inanıram ki, komandamız bundan sonra qələbələri sıralayacaq. Çünki «Qarabağ»a Qurban Qurbanov kimi məşqçi rəhbərlik edir. O, nəyi necə etməyi yaxşı bilir.
- Qurban müəllim sənin mövqeyində Vüqar Nadirovu oynadır.
- Vüqar yaxşı təsir bağışlayır və özünü doğruldur.
- Müalicə, otel və sair xərcləri klub ödəyir, yox özün?
- Sağ olsunlar, klub rəhbərliyi mənə hər cür şərait yaradıb.
- Bu həftə «Qarabağ» üçün iki əlamətdar hadisə oldu. Komanda yoldaşın Vüqar Nadirov evləndi, bu gün isə çempionatın mükafatlandırma mərasimidir. Hər iki tədbirdən kənarda qaldığına görə heyflənmirsən?
- Nə etmək olar, işimiz belə alındı. Bu fürsətdən istifadə edib Vüqarı bir daha təbrik edirəm.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi