Bu gün “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatından 3 il ötür.
Böyükağa Hacıyev 2018-ci ilin martın 16-da, 59 yaşında dünyasını dəyişib. O, müstəqil Azərbaycan futbolunun tarixinə Avropa Liqasının qrup mərhələsinə ilk dəfə vəsiqə qazanan (“Neftçi” ilə) məşqçi kimi düşüb. Ağayev məşqçi kimi 3 dəfə Azərbaycan çempionu (2005/06 mövsümü “Bakı”, 2011/12, 2012/13 mövsümlərində “Neftçi” ilə), 1 dəfə Azərbaycan kubokunun qalibi (2012/13) olub.
Böyükağa Hacıyev təcrübəli məşqçi olmaqla yanaşı həm də iti yumor hissi olan, hazırcavablığı ilə tanınan məşqçi kimi də yaddaşlarda qalıb.
Onun APOEL-lə 2012-ci ildə Kiprdəki matçda əvvəl dediyi “Biz Azərbaycanda gəlmişik. Qəlbimizin üstündə Azərbaycan və türk bayraqları var və sabah o bayraqlar burda meydana sancılacaq” sözləri hələ də unudulmayıb. Hacıyevin komandası səfərdəki həmin matçda APOEL-ə qalib gələrək Avropa Liqasının qrupuna yüksəlmişdi. Oyundan sonra isə rəqibin meydançasında Azərbaycan bayrağı dalğalandırılmışdı.
Elə həmin mövsüm Avropa Liqasının qrup mərhələsində Milanda “İnter”lə matçdan əvvəl Hacıyevlə italiyalı jurnalist arasında maraqlı bir dialoq yaşanmışdı:
- Yəqin sabah müdafiə futbolu oynayacaqsınız...
- Bu deyəsən, məni tanımır. Əlbəttə, hücumda oynayacağıq. "Neftçi" heç vaxt müdafiədə oturmayıb.
Və ertəsi günü “Neftçi” əfsanəvi Cüzeppe Maetsa stadionunda “İnter”lə qollu heç-heçə (2:2) etmişdi.
Allah Böyükağa Hacıyevə rəhmət eləsin!
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı