“Mill komandanın heyətinə kim seçilibsə, baş məşqçinin qərarı ilə olub. Heyətin formalaşdırılması baş məşqçinin səlahiyyətində olan məsələdir. Burda hər hansı başqa bir problem yoxdur”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Furuz Abdulla deyib.
Qeyd edək ki, Ukraynanın “Minay” klubunun əslən azərbaycanlı futbolçusu Anatoli Nuriyev millimizin DÇ-2022-nin seçmə mərhələsində bu ay keçiriləcək oyunları üçün yığmaya dəvət alıb. Buna qədər həmin klubun digər hücumçusu Rüstəm Əhmədzadənin də milliləşdirilməsi məsələsi gündəmdə olub.
Rüstəm Əhmədzadəyə baş məşqçi Canni De Byazi tərəfindən dəvət göndərilməməsi haqda danışan federasiya rəsmisi bunun italiyalı çalışdırıcının seçimi ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Rüstəm Əhmədzadənin millimizdə oynaması üçün heç bir problem yoxdur:
“Riçard Almeyda, Eddi İsrafilov, Rüfət Dadaşov və bu kimi futbolçular da milliyə çağırılmayıb. Onların da ehtimal olunan sənəd problemləri yoxdur ki. Çağırılmayıblarsa, deməli, baş məşqçi onları istəməyib. Rüstəm Əhmədzadə də qeyd etdiyim futbolçular kimi, baş məşqçinin qərarı ilə milliyə çağırılmayıb. Yəni onun yığmaya çağırılması üçün heç bir problem qalmayıb”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı