AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov onu istefaya çağıran «Xəzər Lənkəran» klubunun vitse-prezidenti Tuyqun Nadirova cavab verib.
Xatırladaq ki, dünən Qol.Az saytına müsahibə verən T.Nadirov Azərbaycan çempionatında qərəzli hakimlik olduğunu və buna görə Xaqani Məmmədovun da məsuliyyət daşığını söyləyib. O bildirib ki, işinin öhdəsindən gələ bilməyən Hakimlər Komitəsinin sədri artıq istefaya getməlidir.
Qol.Az-ın müxbiri ilə söhbətində X.Məmmədov isə bu ittihamlara cavab olaraq bildirib ki, hakimlərin pulla satın alındığı günlər artıq arxada qalıb: «Mən bu vəzifəyə qayıtdıqdan sonra eyni hərəkətlərin təkrarlanmasına yol vermirəm, çirkin oyunlara getmirəm. Mən o komitə sədrlərindən deyiləm ki, bu cür işlərə gedim. Ona görə də mənim kimi komitə sədrləri ona sərf etmir. Bir də ki, o, keçmişini, «Xəzər Lənkəran»a necə gəldiyini yadına salsın və bundan sonra mənim barəmdə fikir səsləndirsin. Nə qədər ki, Tuyqun Nadirov «Xəzər Lənkəran»da deyildi, o komandanın işləri yaxşı gedirdi. Onun gəlişindən sonra isə «Xəzər Lənkəran»da idarəçilik yaxşı səviyyədə deyil. Tuyqun Nadirov Mübariz Mənsimovu və lənkəranlıları aldatmasın. Mübariz Mənsimov «Xəzər Lənkəran» üçün hər şeyi edib, amma təəssüf ki, bu gün həmin klubda Tuyqun Nadirov kimi adamlar var. O, Mübariz Mənsimovun yaratdığı şəraitdən sui-istifadə etməklə məşğuldur».
«Muğan» - «Xəzər Lənkəran» oyunu ilə bağlı T.Nadirovun ittihamlarına toxunan komitə sədri bildirib ki, hakimin qərəzli idarəçiliyindən söhbət gedə bilməz: «Bəli, hakim Anar Salmanovun səhvləri olub. O, «Xəzər Lənkəran»a qarşı iki sarı vərəqəni artıq verib. Dördüncü dəqiqədə «Muğan»ın oyunçusuna sarı vərəqə mütləq göstərilməli idi. Amma bu o demək deyil ki, hakim «Xəzər»ə qarşı qərəzli olub. Necə olur ki, bir neçə ay əvvəl, ötən mövsün sonlarında «Xəzər» - «İnter» oyununda həmin Anar Salmanov «İnter»in qapısına əsassız olaraq penalti təyin edəndə Anar «Xəzər»in «sevimlisi» idi, indi isə onun düşməninə çevrilir?! Başqa sözlə, o da insandır və səhvlər edə bilər. Amma onun səhvləri oyunun nəticəsinə təsir etməyib».
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi