Anatoli Nuriyev millimizə çağırıldı

Anatoli Nuriyev millimizə çağırıldı
ÖLKƏ FUTBOLU 14 Mart 2021 / 21:21 2855
-  A +

Ukraynanın "Minay" klubunun əslən azərbaycanlı futbolçusu Anatoli Nuriyev milli komandamıza çağırılıb.

Qol.az xəbər verir ki, baş məşqçi Canni De Byazinin dəvət göndərdiyi 30 nəfərlik heyətdə Nuriyev da yer alıb.

Yenicə milliləşdirilən 24 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsinin bu ay keçiriləcək oyunları üçün yığmağa dəvət olunub.

Xatırladaq ki, milli komandamız martın 24-də Portuqaliyanın qonağı olacaq. 3 gün sonra səfərdə Qətərlə qarşılaşacaq yığmamız, martın 30-da Serbiyanı qəbul edəcək.

Daha çox


Son xəbərlər
topaz banner