“Emin Mahmudovun yoxluğu bəzi məqamlarda hiss olundu. Bunun bir az əziyyətini çəkdik. Amma şükürlər olsun ki, qalib gəldik”.
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 20-ci turunda “Səbail”ə qalib gəldikləri oyundan (4:0) sonra mətbuat konfransında deyib.
O, fasilə ərəfəsində bu cür qələbənin yerinə düşdüyünü bildirib: “Uzunmüddətli fasiləmiz olacaq. Ora rahat başla yollanmaq çox önəmli idi. Yaxşı dincəlib, hazırlaşacağıq. Çempionat hələ bitməyib. Həddən artıq çox oyunçumuz millilərə gedəcək. Bunun bəlkə bir az əziyyətini çəkəcəyik. Artıq 6 nəfər gənclər yığmasına çağrılıb. Həmçinin əsas milliyə də bir neçə oyunçu yollanacaq. Gedənlərin sağ-salamat qayıtması çox önəmlidir. Milliyə gedən oyunçuların sayı önəmlidir. Təbii ki, yığmaya azarkeşlik edəcəyik".
S. Abasov Fəhmin Muradbəyli və Ahmed Ahmedovun iştirak ərizəsində olmamalatının səbəbini açıqlayıb: "Fəhmin zədəlidir. Məşqdə bəladan qurtardı. Ayağı qırıla bilərdi. Ahmed məşqə çıxsa da, əzələsində dartılma aşkar olundu.
Baş məşqçi yeni transfer Keysuke Hondanın hazırkı durumu ilə bağlı bunları deyib: "Honda fərdi məşqə çıxıb. Komandaya 3 günlük fasilə vermişik. Ondan sonra məşqə qoşulacaq. Fiziki cəhətdən problemi yoxdur. Çalışacağıq fasilədə yoxlama görüşü keçirək və Hondanı sınayaq. O zaman onun növbəti çempionat matçına nə dərəcədə hazır olacağını görəcəyik".
S.Abbasov Monrozun qol vurduqdan sonra eynək işarəsi göstərməsinə də münasibət bildirib: "Bəlkə, eynək sifariş edib, tez gəlməsini gözləyir".
Klubun mətbuat katibi Rüstəm Allahverdiyev isə Monrozun etdiyi jestə belə aydınlıq gətirib: "Ötən gün məşqdə klubumuzun prezidenti Kamran Quliyev Monroza demişdi ki, görünmürsən. Bu gün futbolçumuz o jesti ilə zarafatca cavab verdi ki, burdayam".
Stiven Monrozun qol sevinci
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı