"Qarabağ"la "Sabah"ın 10-cu dueli

"Qarabağ"la "Sabah"ın 10-cu dueli
ÖLKƏ FUTBOLU 12 Mart 2021 / 15:24 1769
-  A +

Premyer Liqanın 20-ci turunda “Qarabağ” “Sabah”ı qəbul edəcək.

Qol.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, komandaların çempionatda 10-cu qarşılaşması olacaq. “Qarabağ” paytaxt təmsilçisinə indiyədək məğlub olmayıb – 6 qələbə, 3 bərabərlik. Top fərqi isə 14-3-dür.

Bu oyunlarda ən çox qol vuran futbolçu Mahir Emrelidir. O, 4 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 17:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
topaz banner