Andrade "Zirə" ilə oyundan danışdı

Andrade "Zirə" ilə oyundan danışdı
ÖLKƏ FUTBOLU 10 Mart 2021 / 15:30 1648
-  A +

"Matça yaxşı köklənmişdik. Çətin oyun olacağını bilirdik. Həftə ərzində özümüzü motivasiya etmişdik".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Patrik Andrade Premyer Liqanın 19-cu turunda "Zirə"yə qalib gədlikləri oyundan (2:0) danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında  vurduğu qoldan da danışıb: "Qələbə qazandığımız üçün çox sevinirəm. Aktivimizə növbəti 3 xalı yazdırdıq. Yaxşı oynadığımızı düşünürəm. Vurduğum qol komandamızın rahatlaşması və inamlı qələbə üçün müsbət oldu. Qələbəyə qolla töhfə verdiyim üçün sevinirəm. "Zirə" ilə oyun keçmişdə qaldı, indi "Sabah"la matçı düşünürük".

Daha çox


Son xəbərlər
topaz banner