“67-ci dəqiqədə Ruslan Hacıyevin qırmızı vərəqə almasından sonra "Qəbələ" bizə çətin anlar yaşatdı”.
Qol.az xəbər verir, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qəbələ" ilə heç-heçə oynadıqları (1:1) Premyer Liqanın 19-cu turunun oyunundan sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, "Qəbələ" səfəri həmişə çətin olur: “Tək bizim üçün yox, bütün klublar burada oynamaq çətin olur. Qəbələdə havada durumu ağır olur. İlk hissədə yaxşı epizodlar yaxaladıq, onları dəyərləndirsəydik, ikinci hissədə bizə çətin olmazdı. Rəqibin yaxşı oyunları var. Bilirdik ki, çətin olacaq. Futbolçular əzm göstərdi, 10 nəfərlə qaldıqda belə mübarizədən çəkinmədilər. Bu xallar çempionatın sonunda bizə kömək olacaq. Əsas odur bir xal qazandıq. Bu oyunu tez bir zamanda unudub qarşıdakı görüşlərə baxacağıq. Xeyli itkimiz var idi, Rauf və Peyman oyuna ağrılarla çıxdı, Kamranın da ayağında ağrıları var idi. Rəqibə uğurlar arzu edirəm”.
- Ruslan Hacıyev qırmızı vərəqə almağına münasibətiniz necə oldu?
- Ruslan hücum planında keyfiyyətli futbolçudur. Amma müdafiə planında çatışmazlıqları var. Gəncdir, bu səhvi bağışlamaq olar. Qırmızıdan sonra rəqib bizə çətinliklər yaratdı. Ruslanın bundan sonra səhvlərini düzəldib, daha yaxşı çıxış edəcəyinə inanıram.
- Ekşteynin yoxluğu nə ilə bağlı idi?
- "Keşlə" ilə oyunda zədələnib, 2-3 həftə yaşıl meydandan kənar qalacaq. "Neftçi" ilə görüşdə də olmayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı