Neymar yoxdur, Mbappe var
PSJ-nin futbolçusu Kilian Mbappe komandanın digər aparıcı hücumçusu Neymarın yoxluğunu hiss etdirmir.
Qol.az xəbər verir ki, Fransa millisinin üzvü ötən gecə "Brest"lə keçirilən kubok oyununda (3:0) dubl edib. Bununla da o, son 4 oyunda vurduğu qolların sayını 7-ə çatdırıb.
Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə görüşdə 3 qol vuran 22 yaşlı forvard "Dijon"la Liqa 1 matçında 2 dəfə fərqlənib.
Bu mövsüm məhsuldarlığı ilə seçilən Mbappe ümumilikdə 32 oyuna 25 qol vurub, 9 məhsuldar ötürmə edib.
Xatırladaq ki, komandanın lideri olan Neymar zədə səbəbindən artıq biir neçə oyundur ki, meydana çıxmır.