“Qarşıda bizi çox matç gözləyir. “Qəbələ” ilə görüşdə sərgilədiyimiz oyun xoşuma gəldi. Fikrimcə, komandamız qələbəyə layiq idi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın 18-ci turunda evdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.
30 yaşlı xorvatiyalı yarımmüdafiəçi Premyer Liqanın növbəti turları barədə bunları söyləyib:
"Çalışmalıyıq ki, yüksələn xəttlə gedək və bu səviyyəni qoruyaq. Ümid edirəm ki, belə də olacaq. Qollarıma gəlincə, çox sevinirəm. Zədədən sonra ilk dəfə start heyətdə yer aldım. İki qol vurmağım məni sevindir və əsas odur ki, bu, komandamıza qələbə qazandırdı. Özümü xoşbəxt hiss edirəm. “Qəbələ” ilə oyun artıq geridə qalıb. Bu matçı unudub, növbəti oyunlara köklənməliyik”.
Qeyd edək ki, "Qarabağ" 19-cu turda səfərdə "Zirə" ilə üz-üzə gələcək. Martın 9-da keçiriləcək matç saat 17:15-də başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı