Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində səfərdə “Muğan”ın qonağı olan “Xəzər Lənkəran”ın son oyunu qalmaqalla başa çatdı. Qol.Az-ın məlumatına görə, oyunun gedişində baş hakim Anar Salmanovun bir sıra qərəzli qərarları ilə üzləşən və sonda qolsuz heç-heçə etməklə zirvədəki mövqeyini əldən verən Lənkəran klubu hazırda ondan ciddi şəkildə narazıdır. Bu narazılığını klubun rəsmi saytı vasitəsilə də bəyan edən cənublular Salmanovun mütləq cəzalanmasını istəyir.
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov da Qol.Az-ın müxbiri ilə söhbətində son baş verən olaylara münasibətini bildirib:
- “Muğan”la səfər matçında baş verənlərə nə ad verəcəyimi bilmirəm. Bu, sadəcə biabırçılıq idi. Hakim meydanda ağlına gələn özbaşnalığı elədi, komandamızın qələbə qazanmaması üçün əlindən gələni əsirgəmədi. Bütün bunların nəyə görə baş verdiyini dəqiq bilməsəm də, hər halda fakt bundan ibarətdir ki, həmin gün Anar Salmanov “Xəzər Lənkəran”ın qələbə qazanmasını istəmirdi. Bunu nəinki biz, stadiona toplaşanlar, hətta televiziya vasitəsilə oyunun gedişini izləyən tamaşaçılar da gördü. Hər kəs klubumuza qarşı necə ədalətsiz münasibət göstərilməsinin şahididir. Lakin biz bu olayların üstündən sakitcə keçilməsinə icazə vermək istəmirik. Salmanov etdiyi özbaşnalıqlara görə, mütləq cəzasını almalıdır.
- Maraqlıdır ki, bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında da ən böyük cəzanı məhz “Xəzər Lənkəran”a kəsdilər…
- Orda azarkeşlərin meydanda kənar əşyalar atmasına görə, bizə cəza kəsiblər. Bunu normal qarşılayırıq. Düzdür, azarkeşlərin belə hərəkətlərə yol verməsini alqışlamırıq. Ancaq nəzərə almaq lazımdır ki, onları da bu həddə hakimin ədalətsiz idarəçiliyi səbəb oldu. Nizamnamədə isə belə qayda var ki, meydana atılan əşya hansı klubun azarkeşləri tərəfindən həyata keçirilibsə, cəza da həmin kluba kəsilir. Bizim azarkeşlərin yol verdiyi bu qayda pozuntusuna görə, cəriməni ödəməkdə problem görmürük. Ancaq sarı vərəqə alan oyunçulara görə cərimə ödəməyəcəyik. Buna görə, apelyasiya vermək fikrindəyik. Çünki hakim həmin vərəqələri yersiz yerə verirdi. Oyunçularımız həmin sarı vərəqələri haqq etmədiyi halda, biz də bu cəriməni ödəməyi haqq etməmişik.
- Sizcə, Salmanovun sizə qarşı belə ədalətsiz davranışına nə səbəb ola bilər? Hansısa şübhəniz, əsasınız varmı ki, onun bu hərəkətlərinin səbəbi nədir?
- Bizim əmin olduğumuz və olmadığımız bir çox faktlar var. Amma onları hələlik açıqlamaq istəmirəm. Bütün faktları AFFA və PFL-ə təqdim etmişik. Hakimin bu idarəçiliyinə görə cəzalanmasını tələb etmişik. Onun bizə niyə belə münasibət bəsləməsinin səbəbini ilk növbədə Salmanovun özündən soruşmaq lazımdır. Hər halda o, bunu hamımızdan yaxşı bilər. Ya da ona yuxarıdan belə tapşırıq veriblər ki, komandamıza qarşı haqsızlıq edir.
- Yuxarıdan deyərkən, siz konkret kimləri nəzərdə tutursuz?
- Hakimlər Komitəsini. Məncə, artıq Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov istefa verib, getməlidir. Qoy işini daha yaxşı bilən insanlar gəlib, çempionatımızda normal hakimlik yaratsın. Belə davam edə bilməz. Əgər 3-4 turdan bir belə qərəzli hakimliyin şahidi olacağıqsa, bəs Hakimlər Komitəsi hara baxır, nə işlə məşğuldur. Hakim səhvlərinin olması normal şeydir. Amma qərəzli idarəçilik tam fərqlidir. Bizim hakimlərin əksəri sırf qərəzli idarəçiliklə məşğuldur. O vaxt Əfqan Həmzəyevin komandamıza qarşı etdiyi hərəkətlərə görə, komitəyə şiddətli töhmət verilmişdi. İndi nə qərar çıxaracaqlarını bilmirəm. Amma istənilən halda, bizə dəyən ziyan artıq vurulub. Salmanovun cəzalanması bizim üçün sadəcə təsəlli ola bilər. Əsas istəyimiz belə özbaşnalıqların qarşısının alınması, birdəfəlik son qoyulması və normal hakimliyin bərpa olunmasıdır.
- Komandanız bu qalmaqallı oyunla həm də liderlik mübarizəsində iki xal geri düşdü…
- Bizim hesabı açmaq üçün çoxlu şansımız olmasa da, hər halda bəzi fürsətlərimiz oldu. Ancaq hakim ya təmiz penaltimizi vermədi, ya da rəqib qapıçıyla üz-üzə qalan oyunçumuzu səbəbsiz yerə dayandırıb, cərimə zərbəsi təyin etdi. Belə hakimliyi görən futbolçularda da istər-istəməz ruh düşkünlüyü yaranır və nəticə qazanmaq problemə çevrilir. Təsəvvür edin, vəziyyəti nə həddə çatdırmışdısa, hakimliklə bağlı indiyə qədər bir kəlmə də olsun danışmayan baş məşqçimiz Mirça Rednik də onun hərəkətlərinə reaksiya vermək məcburiyyətində qaldı.
- Sizi qarşıda “Neftçi” ilə çempionatın ən maraqlı oyunlarından biri gözləyir. Düşünmürsünüz ki, belə prinsipial qarşılaşma ərəfəsində baş verən olaylar komandanızın üzvlərinə mənfi təsir göstərə bilər?
- Təbii ki, bunlar komanda üzvlərinə pis təsir göstərir. Oyunçular da belə haqsızlıqlarla üzləşməklə ruhdan düşmüş olurlar. “Neftçi”ylə “Xəzər Lənkəran”ın görüşləri ölkədə ən böyük marağa səbəb olan bir qarşılaşmadır. Nəyə görə axı belə vacib oyun ərəfəsində futbolçularımızı ruhdan salmalıdırlar? Mən bu olaylarda qətiyyən “Neftçi”nin hansısa şəkildə əlinin olduğunu vurğulamaq istəmirəm. Yəni fikirlərim səhv başa düşülməsin. Sadəcə bu ərəfədə üzləşdiyimiz haqsızlıqlara etirazımızı bildirmək istəyirəm. Klublar, sponsorlar bu qədər pul xərcləyirlər, uğur qazanmaq istəyirlər. Niyə axı zəhmətimiz yerə vurulmalıdır?
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi