"Səbail"in hücumçusu Rauf Əliyev Qol.az-a müsahibə verib
- Ötən gün doğma meydanda "Keşlə" ilə heç-heçə etdiniz. Oyun haqda fikirləriniz necədir?
- Əlbəttə ki, ev oyunumuzda 3 xal qazanmaq istəyərdik. Amma yenə də məğlub durumdan çıxıb, heç-heçə etdik və 1 xal qazandıq. Əsas odur ki, xal götürməyi bacardıq. Komandamız yaxşı çıxış edir. Demək olar ki, oyunumuzu tapmışıq. Nəticə baxımından ideal olmasa da, qarşıdakı oyunlarda bunun öhdəsindən gəlib, çox xal toplamaq istəyirik.
- Yenə qarşılaşmaya sonradan ehtiyat oyunçular skamyasından daxil oldunuz. Əsas heyətdə yerinizi itirməmisiniz?
- Bu, baş məşqçinin seçimidir. Hörmətlə yanaşmalıyam. "Sabah"la matçda sarı vərəqə limitini aşmışdım deyə oynamadım. Həmin görüşdə Amil Yunanov fərqlənmişdi. "Qarabağ"la da matçda heyətdə var idi. Yəni, mənim üçün fərqi yoxdur ki, Amil oynayır, ya mən oynayıram. Əsas odur, komandaya fayda verək.
- Bəs, əvvəlki formanızı bərpa etməyə sizə nə mane olur?
- Əslində heç bir problemim yoxdur. Mövsüm mənim üçün normal gedir. Ola bilər ki, son 1-2 oyunda meydana sonradan çıxıram. Amma elə bir problem yoxdur.
- Uzun illər milli komandanın üzvü olmusunuz. Yığmamız haqda fikriniz necədir?
- Milli komanda haqda nəsə demək çətindir. Çünki son zamanlar oyun keçirmir. Axırıncı dəfə bəlkə də 6 ay əvvəl matça çıxıb. Ona görə yığma haqqında nə isə deyə bilməyəcəyəm.
- Amma millidə gözəl qollar vurmusunuz, yaxşı oyunlar keçirmisiniz. Hazırda millinin heyətinə çağırılmamağınıza necə yanaşırsınız?
- Son vaxtlar görünür ki, kim klubda yaxşı çıxış edirsə, o da milliyə dəvət olunur. Mən də çalışıram. Əlimdən gələni edirəm ki, yığmanın formasını geyinim. Belə deyim, bu, hər oyunçunun öz əlindədir.
- Vaqif Cavadov son açıqlamalarından birində bildirmişdi ki, Rauf Əliyev, Əfran İsmayılov, Rahid Əmirquliyev millidə çıxış edə bilər. Siz bu haqda nə düşünürsünüz?
- Bütün ölkələrdə görünür ki, istənilən futbolçu istənilən vaxt yığmaya dəvət olunur. Bizdə də millinin baş məşqçisi bütüm çempionat oyunlarını izləyirlər. Kimi layiq bilirlərsə, onu da çağıracaqlar.
- Bəs, sizcə niyə yerli futbolçular 30 yaşdan sonra istənilən səviyyədə oynamır?
- Bu kimin fikridir, bilmirəm. Amma yaxşı oynayan elə 30 yaşdan sonra da oynayır. Bu sözü hamıya şamil etmək olmaz. Sadəcə bizdə bir şey var ki, deyirlər, filankəsin 30 yaşı var, futbol karyerasını bitirir. Amma əgər formadasansa, özünə fikir verirsənsə, istənilən yaşda futbol oynaya bilərsən. Burada yaş önəmli deyil. Belə baxanda bəlkə də futbolçunun 30 yaşdan sonra daha yaxşı oynayan vaxtıdır. Çünki təcrübəli olur. Daha ağıllı olur və diqqət edir. Ona görə də 30 yaşdan sonra bəlkə də futbol oynamaq üçün ən gözəl vaxtdır.
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
Avropa Liqasında İngiltərə derbisi
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı