"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında 18-ci turda “Keşlə” 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
- Oyun haqda nə deyə bilərsiniz?
- “Keşlə” komandası yeni məşqçi ilə yeni dövrə girir. Əvvəlcə Sənan Qurbonu istəkli komanda formalaşdırdığı üçün təbrik etmək istəyirəm. Bundan öncə olan oyunlara da baxdıqda gördüyümüz “Keşlə”ni bu gün də meydanda gördük. Çox aqressiv matç oldu, çünki hər iki komanda uduzmaq istəmirdi. Turnir göstərirdi ki, görüşün qalibi 3 pillə yuxarı qalxa bilərdi və biz yerimizi qoruya bilərdik. Oyun gözlənilən kimi, həqiqətən çox gərgin keçdi. Futbolçulardan razı qaldım. Artıq neçə matçdır ki, komandamız bol epizodlar yaxalaya bilir. Ancaq sonluqda bir qədər çatızmazlıqlar var. Daha diqqətli olsaq, hər oyun meydandan məğlub olmadan hətta 3 xal qazanmaqla ayrıla bilərik. Bundan əvvəl “Qarabağ”ın oyunuda da onların öz meydanında 3-4 qol epizodu yaxalamaq hər komandaya nəsib olmur. Ancaq bu, bizdə alınmışdı. Bu gün də azı 100 faizlik 5-6 qol epizodları yaxalaya bildik. Sadəcə olaraq, qola çevirə bilmədik. Sevindirici haldır ki, bu gün məğlub olmağımıza baxmayaraq, xal qazandıq. Düşünürəm ki, aktivliyimizə bir xal əlavə etdik. Bundan sonra növbəti oyuna hazırlaşmalıyıq. Bu matçı tez bir zamanda unudub “Qəbələ” ilə oyuna hazırlaşacağıq.
- Mənə elə gəlir, komanda ilk qoldan sonra daha aqressiv oynamağa başladı...
- Təbii ki, məğlub ola-ola istək və aqressiya daha da artır. Həqiqətən bu halda futbolçulara təşəkkür düşür. Yanaşmalarından razı qaldım. Belə davam etsək, daha da yaxşı nəticələr qazana bilərik. Ümumən topa yiyələnməyimiz mənim xoşuma gəldi. Artıq bir neçə oyundur ki, rəqiblərdən toplam say vurmadan üstün oluruq. Sadəcə hücumları istədiyimiz kimi sonlandıra bilmədik. Buna görə daha da çox çalışmalıyıq.
- Kamran Ağayevin oyuna çıxmamasının səbəbi nə idi?
- Kamran “Sumqayıt”la matçda yüngül zədə almışdı, ancaq indi məşqlərə başlayıb. Son bir həftəni komanda ilə məşq edə bilməyərək, fərdi çalışdı. Bu gün də onun meydanda olmamağı bu səbəbdən idi. Növbəti matçlarda ona da sanş veriləcək. Kamran bizim əsas qapıçılarımızdandır.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı