Son illər Azərbaycan Premyer Liqasında baş məşqçi kimi çalışan gənc məşqçilərimizin sayı artmaqdadır. Hazırda klublarımızın demək olar ki, hamısını gənc mütəxəssislər çalışdırır. Nisbətən yaşlı nəslin nümayəndələrini artıq baş məşqçi qismində heç bir komandada görə bilmirik.
Bir neçə ildir AFFA-nın xətti ilə gənc mütəxəssislər üçün seminarlar, ustad dərsləri keçən futbol mütəxəssisi Aslan Kərimov Qol.az saytına açıqlamasında deyib ki, indiki məşqçilərimizin futbola baxışı, futbol anlayışı 10 il əvvəllə müqayisədə yaxşı mənada tamam fərqlidir: “Ümumilikdə buna təsir edən amillər də var. Əslində Sovet dövründən qalma striotiplər var idi ki, onu qırmalı idik. Məsələn, “yalnız qaçmaq” anlayışı. İnkişaf etmiş Avropa ölkələri sübut etdilər ki, tək qaçmaqla futbol olmur. "Barselona"ya baxın. Futbolçuları fiziki baxımdan çox cüssəli olmasalar da, gözəl oyunla dünyanı fəth etdilər. Əlavə olaraq yeni texnologiyalar vasitəsilə özləri nəsə öyrənirlər, kommunikasiya daha yaxşıdır. 10 il əvvəl kommunikasiya indiki kimi deyildi. Son illər bir çox məşqçimiz xarici klublarda təcrübədə olub. Qurban Qurbanov "Barselona"da, Rəşad Sadıqov "Roma" da, Samir Abasov "Atletiko”nun (Madrid) düşərgəsinə getmişdilər. Eləcə də digər mütəxəssislərimiz də başqa komandalarda təcrübə keçiblər. Fikrimcə, yaxın keçmişdəki məşqçilərə baxanda gənclər daha öndədirlər”.
Aslan Kərimov Premyer Liqada işləyən məşqçilərimiz barədə deyib ki, onların hər birinin futbola fərqli baxış tərzi var: “Qurbanın, Rəşadın, Samirin, Aftandilin, Ayxanın, Elmarın hərəsinin öz üslubu var. Şəxsən mən çoxtərəfli futbol oynadan məşqçilərə üstünlük verərdim. Bu demək deyil ki, digərləri pis işləyir, yaxud düzgün işləmir. UEFA seminarlarında görürük ki, gələcəyin futbolu çoxtərəflilikdir. Uğur qazanan məşqçilərin çoxu çoxtərəfli oyuna üstünlük verən məşqçilərdir. Bu mənada Rəşad Sadıqovu qeyd edə bilərəm. O, həqiqətən çoxtərəfli futbola üstünlük verir. Bəzi oyunlarda müdaifəmeyilli, bəzi oyunlarda hücuma, bəzi oyunlarda əks-hücuma meyilli futbol oynadır”.
Aslan Kərimov bildirir ki, məşqçilərimizin gələcəkdə xaricdə işləməsi üçün yalnız bilikli olmaları kifayət etmir: “Düzdür, bizim məşqçilər xaricdəki bəzi həmkarlarından öndədir. Məsələn, Serbiya, Xorvatiya və bu tipli ölkələrin mütəxəssislərindən geri qalmırıq. Amma məşqçilər xarici dili və mədəniyyəti də mənimsəməlidirlər. Belə keyfiyyətləri olan mütəxəssislərə xaricdə önəm verilir və onda menecerlər italıyalı, hollandiyalı məşqçilərin adını çəkir, nəinki azərbaycanlının. Bu baxımdan məşqçilər futbol bilikləri ilə yanaşı, marketinqə, menecmentə də çox fikir verməlidirlər. Çünki belə məsələdə geridə qalırıq”.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi