Bu mövsüm Premyer Liqanın iddialı klublarından "Zirə"nin zədəli futbolçularının durumu müəyyənləşib.
Klubdan Qol.az-a verilən məlumata görə, "Neftçi" ilə Premyer Liqanın 17-ci tur matçında zədələnən Davit Volkov dünən əməliyyat olunub. Gürcüstanlı hücumçunun 8 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Məşq zamanı zədə almış yeni legioner Filipe Paxtmanın durumu isə daha ciddidir. Yaxın günlərdə çapraz bağlarından əməliyyat olunacaq 21 yaşlı braziliyalı hücumçu 6 ay oynaya bilməyəcək. Bu isə hazırkı mövsümün onun üçün erkən başa çatması deməkdir.
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri