Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi Uroş Matiçin forma yazısına görə “Qarabağ”ı 3 min manat məbləğində cərimələyib. Bundan sonra Ağdam klubu qərarın ləğv olunması üçün qurumun Apellyasiya Arbitraj Tribunalına şikayət edib.
Məsələ ilə əlaqədar “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az saytına açıqlama verib. O bildirib ki, klub cərimə qərarını doğru saymır:
“Qərarın ləğvi üçün ciddi əsas ondan ibarətdir ki, qərar “AFFA-nın İntizam Komitəsinin əsasnaməsi: Prosedural Qaydalar”ın müvafiq bəndlərinin tələblərini pozaraq qəbul edilib. Həmin tələblərə görə İntizam Komitəsinin iclaslarında və araşdırmalar zamanı tərəflərin dinlənilmək hüququna hörmət etmək göstərilir. İntizam Komitəsi inzibati prosedur zamanı təxirəsalınmaz məsələlər istisna olmaqla, əlaqəli şəxsi dinlənilmək və öz işini təqdim etmək imkanı verilmədən sanskiya tətbiq edilə bilməz. Qısaca, klubumuzun sələhiyyətli şəxsi onlayn keçirilmiş iclasda iştirak etməyib. Yəni əlaqəli şəxs dinlənilmədən və öz işini təqdim etmək imkanı olmadan bizə cərimə verilib. Qərarın ləğvi üçün digər əsas odur ki, İntizam Komitəsi qərarında sözügedən pozuntunun 19 fevral 2021-ci il tarixində Premyer Liqanın 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” oyununda baş verdiyini qeyd edilir. Amma klubumuzun 8 nömrəli oyunçusu Uroş Matiç həmin qarşılaşmada 1 dəqiqə belə meydanda olmayıb.

Gündüz Abbaszadə
Burada sual yaranır ki, niyə məhz oynamadığı oyun? Bəli, etiraf edirik ki, daha əvvəlki matçlarda da Matiçin adı Azərbaycan əlifbasının tələblərinə uyğun şəkildə yazılmayıb. Burada dilimizə hörmətsizlikdən söhbət gedə bilməz. “Qarabağ” klubunun Azərbaycanın dəyərlərinə necə hörmət etdiyini hər kəs bilir. Bunu faktlarla sadalasaq, zamanımız yetməz. İntizam Məcəlləsinin cəza üçün əsas göstərilən müvafiq bəndində Azərbaycan dilinə hörmətlə bağlı bir kəlmə də yoxdur. Orada forma standartlarında futbolçunun adının sifariş ərizəsində olduğu kimi yazılması göstərilir. Sifariş ərizəsində adların yazılışı isə ayrı mövzudur. Digər tərəfdən, maraqlı olan bilirsiz nədir? “Sumqayıt” – “Qarabağ” protokolunu tərtib edən AFFA nümayəndəsi daha əvvəl iki oyunumzda eyni funksiyanı yerinə yetirib. Məgər o, həmin oyunlarda Matiçin formasını görməmişdi? Daha əvvəl oynadığı oyunlarda cəza versəydilər, anlamaq olardı. Sosial şəbəkədə yayılmış şəkilə görə cəza verirlər? Biz də kiminsə cəzalanması üçün “əsas” ola biləcək şəkillər yaya bilərik. Amma ehtiyac duymuruq. Bilirik ki, daha əvvəl də İntizam məcələsinin 69-cu maddəsini (Futbol Forması Standartlarının Pozulması) pozan klublar olub. Özü də bir klub deyil. Onlara xəbərdalıq edildiyi təqdirdə, “Qarabağ”a xəbərdarlıqsız, elə ilk fürsətdəcə 3 min manat cərimə yazılıb. Bu, bir az düşündürücüdür...”
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
Avropa Liqasında İngiltərə derbisi
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı