"Qələbə bizim üçün çox vacib idi. Amma komandadakı istək məni daha çox sevindirir".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 17-ci turunda evdə "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar rəqib komandalarda aqressiya hiss edilir:
"Bəzi epizodlarda tələsirdik. Bu istəyi qoruyub saxlamaq lazımdır. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək. Aftandil Hacıyevə uğurlar arzulayıram. Çox kompakt və istəkli komandası var. Öz futbolçularım bu gün çox əziyyət çəkdi. İnanıram ki, bu istək davam edəcək".
Qurbanov 4 oyunluq cəzalandırılan Kevin Medina ilə bağlı sualı belə cavablandırıb:
"Bu məsələni bağlamaq lazımdır. Klubun daxili nizam-intizam kodeksi var. Futbolda gözlənilməz vərəqələr olur. Həmişə futbolçunun vərəqəni hansı səbəbdən aldığına önəm vermişəm. Medina klub tərəfindən cəzalandırılıb, amma detalları açıqlamırıq. Özü də çox fikir edir. Gözlənilmədən qırmızı vərəqə alıb. Bəzən qalib gəlmək istəyi belə hallara gətirib çıxarır. Bir daha bu məsələyə qayıtmasaq, daha yaxşı olar".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı