“Keşlə" bizdən 10-15 dəqiqə yaxşı oyandı”.
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Vinsente Qomez Azərbaycan Premyer Liqasının 17-cı turunda "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ümumən birinci hissə onların nəzarətində olub:
"Çoxlu qol vurma şanslarımız və fürsətlərimiz var idi, lakin biz bundan istifadə edə bilmədik. Birinci hissədə rəqibə qol vurmaq fürsəti yaratmadıq. Ancaq ikinci hissə bərabər səviyyədə oyun keçdi. İkinci hissədə demək olar ki, 10-15 dəqiqə rəqib bizdən daha yaxşı çıxış etdi. Biz buraxmayacağımız bir qolu qapımızda gördük. Lakin başqa oyunlardan fərqli olaraq, bu ikinci hissədə uşaqlar yaxşı reaksiya verdilər. Hesabı bərabərləşdirməyə nail ola bildik.
- Dediniz ki, bəzi epizodlar yarandı, amma istifadə edə bilmədik, bunun üzərində işləyirik. Bəs, bu problemlər niyə hələ də davam etməkdədir?
- Bu suala cavab vermək bir qədər çətindir. Əlbəttə ki, mən bunu bizim düşdüyümüz qara zolaq və ya pis dinamika ilə əlaqələndirə bilərəm. İnsanların istədiyi yerdə deyilik və bu zolaqda olarkən daha çox səhvlər edə bilirik. Mən bununla əlaqələndirirəm.
- Mövsümün sonuna kimi komanda bu zolaqdan çıxa biləcək?
- Biz bunun üzərində çalışırıq. Birinci hissədəki oyunumuz bizə kifatət qədər ümid verir ki, bu zolaqdan çıxa bilək. Əgər oyunumuzu birinci hissədəki kimi davam etdirə bilsək, bu dinamikadan çıxa biləcəyik.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı