“Qəbələ”nin müdafiəçisi Murad Musayev Premyer Liqanın 17-ci turundan "Sumqayıt"a qalib gəldikləri matçdan (1:0) sonra Qol.az saytına müsahibə verib.
- “Sumqayıt"ı minimal hesabla məğlub etdiyiniz oyun haqda fikirlərin necədir?
- Oyuna çox ciddi hazırlamışdıq, qələbə bizə hava və su kimi lazım idi. Rəqibin güclü olmasına baxmayaraq, yaxşı çıxış etdik. Oyun çətin keçsə də, əsas odur ki, qələbə qazandıq.
- Beşinci sıradaki yerinizi möhkəmlətdiniz. Gələn tur sizi “Qarabağ”a qarşı ağır oyun gözləyir...
- Bu oyunda qələbə “Sumqayit”a yaxınlaşmaq və xal ehtiyatını artırmaq üçün vacib idi. Dediyiniz kimi, gələn tur isə bizi çətin oyun gözləyir. Rəqibin gücü hər kəsə məlumdur, amma bizim komanda hazırda yaxşı formadadır. Baş məşqçinin tapşırıqlarına qulaq asıb, oyuna 3 xal üçün çıxacağıq.
- Son vaxtlar əsas heyət üzvüsən. Yerini qorumaq çətin olmayacaq ki?
- Məşqçinin inanıb şans verməsi futbolçuda özünəinam yaradır. Həmçinin Elmar müəllim mənə nə zaman etimad göstərirsə, onun ümidlərini doğrultmağa çalışıram. Hər dəfə meydana çıxanda komandam üçün ən yaxşısını etməyə çalışıram. Bundan sonra da üzərimdə daha çox işləyib, əsas heyətdəki yerimi qoruyub saxlamağa çalışacağam.
Ağa DADAŞZADƏ
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı