"Oyunda ən üzüldüyüm məqam qol buraxmağımız oldu. Rəqibdən iki cür təhlükə gözləyirdik: biri standart vəziyyətlər, digəri bu cür qol. Belə qolu 10-15 dəfə futbolçularımıza göstərmişdik. Konkret olaraq, 2-3 nəfərə tapşırılmışdı. Təbii ki, bunun cavabı olacaq".
Qol.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 17-ci turunun oyunundan sonra mətbuat konfransında deyib.
O bildirib ki, bilə-bilə səhv etmək, konsentrasiyanı itirmək yolverilməzdir: "Həddindən çox əsəbiyəm. "Zirə" çətin rəqibdir, bu mövsüm onları uda bilməmişik. Amma rahat idik. Yaxşı nəticəyə doğru gedirdik. Təəssüflər olsun ki, ani diqqətsizlik məğlubiyyətə səbəb oldu. Çox üzüldüm".
Abasovun sözlərinə görə, futbolçularına oyuna sakit başlamaq tapşırığı vermişdi: "Öz epizodlarımızı gözləyirdik. Oyunu gücləndirə biləcək futbolçular tam hazır deyildilər. Bu sarıdan əziyyət çəkirdik. Bu cür komandalara qarşı oynamaq çətindir. "Qəbələ" ilə matçda da belə oldu. Bizim Messi və Ronaldomuz yoxdur. Rəşad Sadıqov özü müdafiəçi olduğu üçün komandasını bunu aşılaya bilib. Qol vurmaqda çətinliklərimiz var. Amma belə qol buraxırsansa, axırı belə olacaq. Oyun zamanı reaksiya verirsən, əsəbiləşirsən. Amma bu, o demək deyil ki, heyətin yarısını göndərməlisən. Seçimizi məhdud çərçivə içindədir. Əlimizdə olan imkanların ən yaxşısından istifadə etdik. İstədiyimiz hücumçular bir masada oturmağa belə şans vermədilər. Əhməd Əhmədov özünü yaxşı tərəfdən göstərdi. Nəzərə alaq ki, hələ 2-ci oyunu idi". (Report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı