Samir Abasov “Neftçi”nin baş məşqçisi kimi Premyer Liqada ilk məğlubiyyətə uğrayıb.
Qol.az-ın xəbərinə görə, “ağ-qaralar” bu gün Premyer Liqanın 17-ci turunda “Zirə”yə səfər matçında uduzub (0:1).
S.Abasov 2020-ci ilin noyabrın 11-də “Neftçi”də rəsmi fəaliyyətə başlayıb. Bundan sonra onun rəhbərliyi altında komanda bugünkü matça qədər Premyer Liqada keçirdiyi 7 oyunun 6-da qələbə qazanıb, yalnız 1-də heç-heçə edib. Bu, son illər “Neftçi”nin ən yaxşı nəticələrindən hesab olunmalıdır. Təsadüfi deyil ki, bu uğurlar sayəsində hazırda "Neftçi" turnir cədvəlində liderdir.
Maraqlıdır ki, "Neftçi"nin son 7 Premyer Liqa matçındakı yeganə heç-heçə də ikinci dövrədə “Zirə” ilə oyunda qeydə alınmışdı (0:0). Bu gün isə komanda Abasovun rəhbərliyi altında Premyer Liqadakı 8-ci görüşdə ilk dəfə uduzub. Xal itkisi bu dəfə də “Zirə” ilə matçda qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan kubokunun bu mövsüm keçirilən 1/4 final matçında da Sadıqovun rəhbərlik etdiyi “Zirə” Samir Abasovlu “Neftçi”ni mübarizədən kənarlaşdırıb (1:0, 0:0).
"İmişli"də ayrılıq
Salah yenə ön planda
De la Fuente: “Daha da böyüməyə davam etməliyik”
Matçın ən yaxşısı seçildi
Yamal millidə qol vuran ikinci ən gənc oyunçu oldu
“Neftçi” kapitanlarla müqaviləni uzatdı
İspaniya – Səudiyyə Ərəbistanı oyununun start heyətləri
Ronaldo bu klubun səhmlərini alır
“Real” Olise transferindən əl çəkmir
Niderland Braziliyanın tarixi rekordunu yenilədi
“Qarabağ”ın hansı futbolçusu “Seltik”in hədəfindədir?
Fransa - İraq oyunu təxirə salına bilər
"Qarabağ"dan Bədavi ilə bağlı qərar - Rəsmi
Klopp Türkiyə millisinin uğursuzluğundan danışdı
Sabiq "Qarabağ"lı klubunu dəyişdi