"Maraqlı oyun alındı. Matça ciddi hazırlaşmış, rəqibi analiz etmişdik. Komandamız əzmkarlıq göstərdi və nəticədə qələbə qazandıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin məşqçisi Xaqani Məmmədov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis hakimlikdən narazı qaldığını bildirib: "Epizodları diqqətlə izləsinlər. İkisindən birində penalti var idi. Buna aidiyyatı qurumlar baxıb qərar verərlər. Bugünkü idarəçiliklə bağlı şikayət etmək fikrimiz yoxdur. Son vaxtlar oyunlarımızda hakim səhvləri çox olur. Bu mövsüm demək olar ki, lehimizə penalti qərarı yoxdur. Səbəbini dəqiq bilmirəm".
Məmmədov komandasının əzmkar oyun göstərdiyini söyləyib: "Mütləq qələbə qazanıb, yerimizi qorumaq istəyirdik. Düşünürəm ki, uşaqlar əzmkar və istəkli oyun göstərdi. Layiqli qələbə qazandıq". (Report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı