“Təbii ki, iki sıx qrafiklə oynamaq məcburiyyətində qalmağımız bizim üçün müəyyən problemlər yarada bilər. Ancaq bu əslində normal haldır və biz hər şeyə hazır olmalıyıq”. Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib.
Dünən Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində AZAL-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan Ağdam klubunun çalışdırıcısı komandasının çoxsaylı qol epizodları yaratmasına rəğmən, rəqib qapısına yol tapa bilməməsinə belə münasibət bildirib: “AZAL heç də asanlıqla yeniləsi rəqiblərdən deyil. Özünüz də bilirsiz ki, bu komanda öz oyununu əsasən müdafiədən qurur. Elə bizimlə qarşılaşmada da eyni vəziyyətin şahidi oldunuz. Belə komandalarla oyunda gərək həddən artıq yaradıcılığa üstün verəsən, ələ düşən imkanlardan maksimum yararlanasan. Futbolçularımız çətin də olsa, rəqib qapısı qarşısında qol vəziyyətləri yarada bilirdi. Lakin təəssüf ki, həmin şanslardan yararlana bilmədik. Futbolçulara hətta fasilədə bir qədər səbrli olmalarını, təmkinlə oynamalarını desəm də, yenə hesabı açmaq cəhdlərimiz fayda vermədi”.
Qurbanovun sözlərinə görə, yaradılan çoxsaylı vəziyyətlərdən istifadə olunmamasına görə, öz futbolçularını qınaması düzgün olmazdı: “Georgi Adamiyanın əlinə düşən hər şansdan yararlanan bir hücumçu olduğunu bilirsiniz. Rauf Əliyev də həmçinin. Yəni onlar fərqlənmək üçün hər şeyi etdilər. Məncə, qol vəziyyətlərinin istifadə olunmamasında rəqib qapıçının daha böyük xidməti oldu. Çünki o, çox ağıllı oynadı, hər dəfə hücumçularımızla üz-üzə qalanda, düzgün mövqe seçdi, əla reaksiyalar nümayiş etdirdi”.
Cari mövsümdə keçirdiyi 4-cü oyunda 2-ci heç-heçəsini rəsmiləşdirən Ağdam klubunun çalışdırıcısı buna görə ciddi narahatlıq keçirmədiyini dilə gətirdi: “Başa düşürəm ki, bu xal itkiləri heç də bizim xeyrimizə deyil, rəqiblərimiz xal fərqini artırırlar. Ancaq buna görə, ciddi narahat olmağa dəyməz. Tezliklə “Qarabağ” da Premyer Liqaya tam uyğunlaşacaq və öz sözünü deməyə başlayacaq. Hər gün uşaqlarla bir yerdəyik, hazırlaşırıq, çatışmazlıqlarımızı aradan qaldırmağa çalışırıq. Hazırda oyun planımızda da müəyyən dəyişikliklərə əl atdığımızdan bu da öz təsirini göstərməkdədir. Bilirsiz ki, Rəşad Sadıqovla Əfran İsmayılov olanda tam fərqli oyun sərgiləyirdik. Ancaq Rəşad hazırda Türkiyə Superliqasında çıxış edir, Əfran isə zədəli olduğundan bizə kömək edə bilmir. Bu üzdən də bir az çətinliklərimiz var. Onların yoxluğu öz sözünü deyir. Amma zamanla bu problemlərimizi də yoluna qoyacağımıza inanıram”.
Qurbanov əvvəlki turlardan təxirə salınan “Gəncə” ilə sentyabrın 22-də keçirəcəkləri oyun haqda da fikirlərini açıqladı: “Gəncə”nin “Bakı” ilə qarşılaşmasını canlı izləmişəm. Deyə bilərəm ki, çox maraqlı komandadır. Həm təcrübəli, həm də cavan oyunçulardan gözəl komanda yaradıblar. Yeni yaranmasına baxmayaraq, sürətli və əks-hücum futbolu sərgiləyən komandadır. Onların bu günə kimi keçirdikləri qarşılaşmalarda uduzmaması bizə çətinlik yarada bilər. Çünki bu, onlarda özünəinamı artırır. “Bakı” kimi komandayla heç-heçə etmələri, “Turan”la son oyunda məğlubiyyətdən yaxa qurtarmaları bu inamı daha da artırıb. Düşünürəm ki, çox maraqlı qarşılaşma olacaq. Oyunçularımız da onları ciddi sınaq gözlədiyini bilirlər və bu üzdən “Gəncə”ylə oyuna yaxşı hazırlaşmalıyıq. Dünənki oyundan sonra komandanı buraxmadıq və bazaya gəldik. Onları yalnız bu gün səhər məşqindən sonra istirahətə buraxdıq. Sabahdan isə yenidən bir araya gəlib, son hazırlıqlarımıza başlayacağıq. İnanıram ki, qarşıdakı oyundan istədiyimiz nəticə ilə ayrıla biləcəyik”.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi