Bu həftə UEFA İcraiyyə Komitəsi UEFA Gənclər Liqası turnirinin 2020/21-ci illər mövsümünün ləğv olunması ilə bağlı qərar qəbul etdi. Səbəb COVİD-19 pandemiyasıdır.
Turnirdə ölkəmizi U-19 Liqasının ötən ilki çempionu "Qəbələ" təmsil etməli idi. Rəqib də bəlli idi. Komandamız martın 4-də turnirin 1 oyundan ibarət 1/32 final mərhələsində "Şkendiya"nın (Şimali Makedoniya) qonağı olacaqdı. Təəssüf ki...
UEFA-nın qərarı "Qəbələ"yə maddi ziyan vurmaqla yanaşı, futbolçularda da ruh düşkünlüyü yaratdı. Xeyli vaxtdı səylə yarışa hazırlaşan komanda indi sanki boşluğa düşüb. Üstəlik, ölkədaxili yarışların olmaması da bir yandan, çəkilən əziyyətin hədər getməsinə səbəb olur.
Pandemiya bütün sahələrdə olduğu kimi, futbolumuza da böyük zərbə vurub. Ötən mövsüm Premyer Liqa başda olmaqla bütün ölkədaxili yarışlar başa çatdırılmadı. Bu mövsüm isə əsas çempionat və 1-ci Divizionu çıxsaq, heç bir yaş qrupu üzrə yarışlar keçirilmədi. Müxtəlif yaş qrupu üzrə millilərimizin iştirak etdiyi beynəlxalq turnirlər də o cümlədən. Bütün bunlar aşağı yaşlı futbolçuların inkişafına mənfi təsirini göstərməkdədir. Payız aylarında pandemiyanın ikinci dalğasının tüğyan etdiyi vaxtda liqaların təxirə düşməsi, millilərin təlim-məşq toplanışlarının ləğvi, akademiyalarda məşqlərin dayandırılması başa düşülən idi. İndi vəziyyət bir qədər stabilləşib. Yoluxma sayı xeyli azalıb, vaksinasiya başlayıb, vəziyyət nəzarət altındadır. Belə bir məqamda liqalarda yarışları bərpa etmək mümkün deyilmi? Əlbəttə mümkündü. Azından hansısa turnir keçirməklə boşluğu aradan qaldırmaq olar. Amma görünən budur ki, çoxları həvəsli deyil.
Hələ yanvarda orta və ali məktəblərdə dərslərin başlayacağı ilə bağlı qərar veriləndə düşünmək olardı ki, tezliklə liqalarda da yarışlar başlayacaq. Hətta bu ümidlə bir çox akademiyalarda məşqlərə start verildi. Əsas da heç olmasa Gənclər Liqasının bərpasına ümid böyük idi. Ancaq bu ehtimalların "40-ı" çıxsa da, hələ də sözügedən liqada yarışların başlaması ilə bağlı xəbər yoxdu. Güman ki, bu mövsüm heç olmayacaq da.
Başda Gənclər Liqası olmaqla liqaların təşkilatçısı AFFA-dır. Qurumun aşağı yaş millilərimizin toplanışı ilə bağlı üzərinə düşdüyü işin öhdəsindən gəldiyini deməliyik. Elə fevral ayında U-17 və U-18 millilərimizin Tovuzda təlim-məşq toplanışı keçməsini qeyd etmək kifayətdir. Amma təəssüf ki, bu diqqət liqalara göstərilmir. Heç olmasa, yuxarı yaş liqalarda çempionat olmasa da, qısa müddətli hansısa turnirlər təşkil etmək mümkündür və vacibdir. Ki, futbolçular mövsümü boşa verməsinlər.
Düzünə qalsa, çempionatların təxirə düşməsi əksər klublarımızın və məşqçilərin ürəyincədir. Klublar maliyyə sarıdan özlərini "irəli düşmüş" hesab edirlər. Komandalar səfər oyunlarına getmirlər, futbolçuların "ekipirovka" və idman ləvazimatları ilə təmini ixtisara düşür və s. Bəzi "məşqçilər" isə, onlardan nəticə tələb olunmadığı üçün rahatdırlar. Əsas odur ki, hər ay maaşlarını alsınlar, yarış keçirilməsə də olar.
Qısası, uşaq futbolunda mövcud mənzərə belədir: akademiyalarda məşqlər başlayıb, komandalar həftədə 3-5 dəfə, pis-yaxşı məşq edirlər, imkan düşəndə yoldaşlıq oyunlarında hazırlıqlarını yoxlayırlar. Amma bu hazırlığın tətbiq ediləcəyi yarış yoxdur. AFFA-dan liqaların keçirilməsi və ya turnirlərlə əvəzləməsi barədə rəsmi məlumat verilmir. Qeyri-müəyyənlikdir. Klubların qabağa düşüb hansısa yaş qrupunda turnir təşkil etməsi inandırıcı deyil. Kimin nəyinə lazımdır? Zərbə isə uşaq futboluna, futbolçulara dəyir. "Zərbə"ni indi hiss etməyəcəyik, səsi bir neçə ildən sonra çıxacaq. Premyer Liqada, 1-ci Divizionda komanda sayı artırılanda və o zaman futbolçu çatışmazlığı ilə üzləşəndə.
Bəlkə də fərqində deyilik, amma hazırkı vəziyyətdə bütöv bir futbolçu nəsli məhv olmaq üzrədir. Söhbət 18-19 yaşlı gənclərdən gedir. Pandemiyanın fəsadları bir yana, növbəti mövsüm də Premyer Liqa və 1-ci Divizionda komanda sayı artmasa, 2002-ci il təvəllüdlü futbolçuların hər 10-dan 9-u futbolsuz qalacaq.
Razıyıq, koronavirus futbolumuza böyük zərbə vurub. Amma mövcud vəziyyətdən minimum itkilərlə çıxış yolu tapmaq gərəkir. Heç olmasa, gənclər arasında hansısa yarışlar təşkil etmək, növbəti mövsüm komanda sayını artırmaq lazımdır ki...
Yeri gəlmişkən, UEFA-nın məlum qərarından sonra "Qəbələ"nin U-19 komandasının üzvləri kollektiv şəkil çəkdiriblər və meydanda "fişka"larla "U-19 Liqası başlasın!" tələbini yazaraq sosial şəbəkələrdə, mediada paylaşıblar. "Akademiyamızın futbolçuları son rəsmi oyunu tam 1 il əvvəl keçirmişdilər...", deyə etiraz edən gənclər futbol karyeralarının məhvə doğru getdiyinin fərqindədilər. Bəs AFFA necə?
İlqar TAĞIYEV
"525-ci qəzet"
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı