"Bu gün sadəcə qol çatmadı. Futbolçularımdan çox razı qaldım. Hər matç bizə böyük təcrübə verir. Daha da yaxşı olmalıyıq ki, belə görüşlərdə qalib gələk".
Qol.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sumqayıt"la qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
O, nəticənin ədalətli olmadığını bildirib: "Bu qədər qol epizodundan sonra qalib gəlməmək ədalətsizlik sayıla bilər. Amma inanıram ki, bunun qarşılığını görəcəyik".
Baş məşqçi transfer etmədiklərinə görə təəssüf hissi keçirmədiyini söyləyib: "Hamı oyunçu axtarışındadır. Pandemiya ilə bağlı ciddi dəyişikliklər oldu. Əlimizdəki futbolçuları qoruyub saxlamaq vacib idi".
Qurbanov Abbas Hüseynovun cərimə meydançasında yıxıldığı epizodu şərh edib: "Özüm təkrarına baxmamışam. Sadəcə toxunuş səsi gəldi. Bu oyunda hakim üçün idarəçilik çətin idi. Yan hakim epizodu daha düzgün görə bilərdi. Deyilənə görə, Patrik Andradenin epizodunda penalti var idi. Amma bu barədə danışmaq bizə yaraşmaz. Futbolçulara bəhanə vermək istəmirəm".
Mütəxəssis Kevin Medinaya cəza verdiklərini vurğulayıb: "Qarşıdakı oyunlarda qalib gəlsək, mükafat almayacaq. Hərəkətindən çox narazı qaldım. Bu cür təcrübəli futbolçu belə səhvlər etməməlidir" (Report).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı