Polşa mətbuatında bu ölkənin "Rakuv" klubunun "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə maraqlandığı haqda xəbərlər yayılıb. Eləcə də bu yay gənc hücumçunun Ağdam təmsilçisindən ayrılacağı barədə iddialar da var.
23 yaşlı oyunçunun meneceri Tural Əsgərov bu xəbərlərlə əlaqədar Qol.az saytına açıqlama verib. O, Mahirlə Polşa təmsilçisinin maraqlandığını təsdiqləyib: "Mahirlə adını çəkdiyiniz klubla yanaşı, bir çox başqa klub da maraqlanır. Amma söhbət rəsmi təklifdən gedirsə, "Rakuv"dan heç bir addım yoxdur ki, bu barədə müzakirə aparıb, qərar verək".
T.Əsgərov M.Emrelinin "Qarabağ"la müqaviləni yeniləməkdən imtina etməsi ilə bağlı yayılan məlumatlar haqda isə bunları deyib: "Qarabağ"la müqavilənin uzadılmayacağı haqda deyilənlər bizim fikrimiz deyil. Sözləşmənin bitməsinədək - yaya kimi hələ uzun zaman var. Mahir doğrudan da Avropada oynamaq niyyətindədir. Amma hazırda heç bir variant, o cümlədən "Qarabağ"la müqavilənin uzadılması da istisna edilmir".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı