“Bu gün hər iki komandanın çox az qol fürsətləri var idi. Xeyrimizə olan hesabı sona qədər saxlaya bilmədik və heç-heçəylə razılaşdıq".
Qol.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 15-ci turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis buraxdıqları ikinci qoldakı səhvlərindən söz açıb: "Rəqibin ikinci qolu zamanı topu vuran futbolçunun cərimə meydanı daxilində niyə tək qaldığını aydınlaşdırmalıyıq. Rəqib belə rahat şəkildə qapıya zərbə vurmamalıdır. Çempionatın sonunda nə olacağını indidən demək çətindir. Hazıda yalnız qarşıdakı oyunlara köklənmişik. Hazırda da yalnız “Səbail”lə matçı düşünürük”.
İspaniyalı baş məşqçi zədələndiyi üçün ikinci hissədə əvəzlənən yeni transfer Tiemoko Fofananın durumu barədə də məlumat verib: “Üzünə dəyən zərbədən sonra Fofananın iki dişi qırılıb. Hazırda xəstəxanadadır. Boyun nahiyəsində də ağrıları var. Vəziyyətinin nə yerdə olduğunu tam dəqiqliyi ilə tibbi müayinədən sonra biləcəyik. Hətta bu vəziyyətdə oynamaq istəyirdi. Lakin həkimlə birlikdə qərara gəldik ki, əvəzləyək. Çünki bu tip ağır zərbədən sonra oyunçunun mübarizəni davam etdirməməsi daha yaxşıdır”.
Mütəxəssis ukraynalı yarımmüdafiəçi Dmitri Klotsu transfer etmələrinin səbəbini də izah edib: “Klotsu yaxşı tanıyırdım, Ukraynadakı çıxışından ona bələdəm. Necə oyunçu olduğunu bildiyim və bizə fayda verəcəyinə əmin olduğum üçün onu heyətə qatdıq”.(report)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı