"Bu, "Qəbələ"nin maksimumu deyil” - Elmar Baxşıyev

"Bu, "Qəbələ"nin maksimumu deyil” -  Elmar Baxşıyev
ÖLKƏ FUTBOLU 14 Fevral 2021 / 17:34 1421
-  A +

“Gözlədiyimiz kimi ağır oyun oldu. “Keşlə” güc futboluna üstünlük verən, hər zonada rəqibinə təzyiq edən komandadır".
 
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 15-ci turunda bu gün "Keşlə"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:0 hesablı qələbəni belə şərh edib: “Qarabağ”la matçdan sonra komandanı toparlamağa çalışdıq. “Keşlə” ilə qarşılaşmaya hazırlığı pozitiv şəkildə davam etdirdik. Məşqlərdə də hiss edirdik ki, futbolçular istəklidir və oyuna motivasiyalıdır. Bu gün komanda məzmunlu oyunla layiqli 3 xal qazandı. Komandanın çıxışı və yanaşmasından razıyam. Hücum planında daha da keyfiyyətli ola bilərik. Bu, komandanın maksimumu deyil”.

Daha çox


Son xəbərlər
topaz banner