"Sumqayıt"ın baş məşqçisi baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 39 yaşlı mütəxəssis komandasının çıxışından razı qaldığını bildirib:
“Əvvəlcə Premyer Liqanın üçüncü dövrəsinə qələbə ilə başlamaq istəyirdik. Rəqibimiz bundan əvvəl Azərbaycan Kubokunda da qarşılaşdığımız, çempionatın baxımlı oyun sərgiləyən komandalarından biri olan “Səbail” idi. Havanın küləkli olmasına baxmayaraq, olduqca maraqlı oyun alındı. İlk hissədə küləyin üstünlüyü bizim tərəfimizdə olduğundan fasiləyə iki top üstünlüyü ilə yollandıq. Bunun məntiqi nəticəsi kimi daha ağıllı, daha tədbirli oynamağa başladıq. Futbolçularım verilən tapşırıqları oyun ərzində uğurla icra etdilər. Qələbə münasibəti ilə komandamı və azarkeşlərimizi təbrik edirəm. “Səbail” klubuna və özümüzə gələcək oyunlarda uğurlar arzulayıram”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı