"İkinci dövrədəki 6:0 hesablı səfər qələbəsini unutmuşuq. Belə hesablar nadir hallarda olur. Bu, mövsüm ərzində hər komandanın başına gələ bilər. Biz böyük klublarda, çempionatlarda bunun şahidi olmuşuq".
Bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ""Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan derbisi - Premyer Liqanın 15-ci turunun oyunu barədə danışarkən deyib.
O bildirib ki, həmişə "Neftçi"yə qarşı həddindən artıq ciddi hazırlaşıblar: "Hər zaman yaxşı komandaya qarşı oynadığımızı dərk etmişik. İnanıram ki, əvvəlki matçdakı hesabın bu qarşılaşmaya təsiri olmaz. Əksinə, futbolçular bu görüşə daha məsuliyyətli və ciddi yanaşmalıdırlar".
Qurbanov "Füzuli Məmmədovlu, yoxsa Samir Abasovlu "Neftçi"ni fərqləndirərdiniz" sualına belə cavab verib: "Həmişə həmkarlarıma hörmətlə yanaşmağa çalışmışam. Bir şeyi bilirəm ki, biz "Neftçi"yə qarşı oynayırıq. Fərqi yoxdur: orada kim olur-olsun, kim işləyir-işləsin. Bu komandanın adı və tarixinin özü motivasiyadır. Bu, bizim üçün ciddi siqnaldır. Bundan əvvəlki görüşdə Füzuli Məmmədov baş məşqçi idi. İndi isə Samir Abasov. O, istənilən sistemdə oyuna çıxa və istənilən dəyişikliyi edə bilər. Biz bir neçə varianta hazır olmalıyıq".
Baş məşqçi bəzi xırda problemlərin və mikrozədələrin odluğunu söyləyib: "Elə oyunçular var ki, tam bərpa olunmayıb. Sabah daha aktiv və daha sağlam kollektiv meydanda olacaq".
Qeyd edək ki, fevralın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq (Cbc sport).
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı