Yeni transfer "Neftçi"də ikiqat çox maaş alacaq

Yeni transfer "Neftçi"də ikiqat çox maaş alacaq
ÖLKƏ FUTBOLU 11 Fevral 2021 / 13:04 3512
-  A +

“Neftçi”nin Bolqarıstan ÇSKA-sından icarəyə götürdüyü Ahmed Ahmedovun müqaviləsinin detalları məlum olub.

Qol.az Bolqarıstanın "Tema Sport" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi mövsümün sonunda oyunçunu birdəfəlik transfer etmək hüququna malikdir. Bunun üçün "Neftçi" 150 min avro ödəməlidir.

Bundan başqa, Ahmedovun “Neftçi”də Sofiya təmsilçisindən ikiqat çox maaş alacağı bildirilib.

Qeyd edək ki, "Neftçi" 25 yaşlı hücumçu ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
topaz banner