AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun Qol.az-a müsahibəsi
- Ağasəlim müəllim, oyunları stadiondan izləyə bilirsiniz?
- Bəli, bizim buraxılış vəsiqəmiz var. Məşqçilər Komitəsi olaraq matçların əksəriyyətinə baxırıq.
- Artıq kubokda yarımfinalçılar müəyyənləşdi. 1/4 final oyunları ilə bağlı fikirlərinizi bilmək istərdim. Sizin üçün gözlənilməz nəticə oldu?
- Biz bilirdik ki, "Qarabağ" yarımfinala vəsiqə qazanacaq. Ancaq "Zirə" ilə "Neftçi"nin oyunu gərgin oldu. "Sumqayıt"la "Səbail"ə gəldikdə isə "Sumqayıt" xarakter göstərdi. Öz meydanında uduzandan sonra səfərdə qalib gəldi. 4-cü cüt "Keşlə" və "Kəpəz" idi. Əlbəttə ki, səviyyə fərqi bilinirdi. İlk oyunu stadiondan izləyirdik. "Kəpəz" 0:1 hesabı ilə uduzmuşdu. Amma futbolçular cavan uşaqlardırlar. Yəni, düzgün oynamağa, məşqçinin dediklərinə əməl etməyə çalışırdılar. Mən "Kəpəz"i aqressiv komanda kimi tanıyıram. Amma güc məsələsi var. Ona görə də "Keşlə" qalib gəldi. Yarımfinalda "Zirə" "Keşlə" ilə, "Sumqayıt" "Qarabağ"la üz-üzə gələcək. İndiki halda onu deyə bilərəm ki, cütlər yaxşıdır. Mübarizə ola bilər.
- Çempionatımızla bağlı nə düşünürsünüz? Komandalar arasında rəqabət qaneedicidir?
- Çempionat öz axarı ilə gedir. Mən belə başa düşürəm ki, 1, 2, 3 -cü yerlər uğrunda mübarizə elə hazırda 3-lükdə olan komandalar arasında olacaq. Arxadan gələn klublar oyuna və gücə görə onlardan geri qalır. 4-6-cı yerlərdəki komandalar arasında xal fərqi də azdır. Hansısa oyunda uduzsalar, bir-birlərini əvəzləyə bilərlər. Gərginlik də olacaq. İlk pillələr uğrunda mübarizə "Qarabağ", "Neftçi" və "Zirə" arasında gedəcək. Komandalar arasında rəqabət var.
- Amma bu rəqabət ümumi çempionatın səviyyəsinə təsir etmir.
- Məncə, təsir edir. Həm də stabil oyun olmalıdır. Çünki avrokuboklara düşmək üçün əvvəlcə komandalarda sabit oyun lazımdır. "Qarabağ" sentyabr ayında müəyyən qədər xal itirdi. Çünki həm Avroliqada, həm də yerli çempionatda mübarizə aparırdı. Qışda Avroliqa dayanandan sonra komanda cəmləşdi və hazırda öz axarı ilə gedir. Stabillik də bundan qaynaqlanır. Dediyim kimi, xal fərqi də çox deyil. 4-cü yerdəki komanda da avrokuboka qatıla bilər. Məncə kubok uğrunda əsas 2 klub yarışır - "Sumqayıt"la "Keşlə". Bayaq da qeyd etmişdim, liqada ilk 3 yer uğrunda 3 klub mübarizə aparacaq. Amma 4-cü yer də çox önəmlidir.
- Samir Abasovun “Neftçi”si sizdə necə təsir yaradır?
- Samir Abasov çalışır ki, yaxşı oyun qursun. Onun müsahibəsini oxudum, hücumçu axtarışındadır. "Neftçi" qol vura bilmir. Heç qol epizodları da yarada bilmirlər. İndiki halda Samir Abasovun haqqında heç bir şey deyə bilmərik. Axtarışdadır və çalışır.
- “Neftçi” azarkeşləri də hücumçu alınmamasından gileylənirlər...
- Qol vuran hücumçu lazımdır. Biri var qol vəziyyəti yaradan hücumçu, biri də var qol vuran. Qol vurmaq isə orta xətdən asılıdır. Yarımmüdafiə komandanın beynidir. Gərək onlar hücumu qursun və topu hücuma versin. "Neftçi"nin oyunçuları da çalışırlar. Amma futbolçunu cərimə meydançasının qarşısında birəbir, qapıçı ilə təkbətəkə çıxara bilmirlər. Hücumçu yaxşı açılmır və sair. Mən görmürəm ki, hansısa hücumçu fərdi işləsin, özü üçün qol vəziyyəti yaratsın. Bu, nadir hallarda olur. Söhbət bundan gedir. Belə baxanda, "Neftçi"də fərdi işləyən, özü qol vura biləcək futbolçular da, yarımmüdafiədə qol vəziyyətləri yaradacaq oyunçular da olub, ancaq indi yoxdur. Məsələ bundadır.
- Bəs Rəşad Sadıqovun “Zirə”si haqda nə fikirdəsiniz?
- Komanda toplanıb. Bu, çox yaxşı bir şeydir. Ən əsası da futbolçular dərk edir ki, baş məşqçi onlardan nə istəyir. Amma məncə, Rəşad da oyunu təkmilləşdirəcək, sürətləndirəcək futbolçu axtarışındadır. Oyun prinsipinə gəldikdə isə, komandada intizam çox yaxşı vəziyyətdədir. Hər bir oyunçu öz yerini bilir ki, bu da əsas amillərdən biridir.
- Çempionat oyunlarını izləyirsiniz, aşağı yaş qrupları üzrə milli komandalarımızın düşərgəsində olursunuz. Sizin üçün kəşf sayılacaq yeni futbolçular var?
- Yox. İnanın, biz də axtarırıq. Ola bilər ki, hər hansı bir gənc futbolçu bir matçda yaxşı çıxış etsin, ancaq digərində zəif oynayır. Bayaqkı söhbətin üzərinə qayıdıram. Burada stabillik məsələsi var. O da məşq prosesindən, taktiki gedişlərdən asılıdır. Bunlar bir-biri ilə əlaqədədir. Elə olmasa, heç nə etmək mümkün deyil. Hələlik yeni futbolçu yoxdur.
- Bəs millimizin gələcəyi necə olacaq?
- Elə söhbət ondan gedir də. Bayaq da öz aramızda bununla bağlı düşünürdük, millidən danışırdıq. Dünən U-19 oynayırdı, orada idik. U-17-nin matçı vardı, oraya da getmişdik. Yəni milli komandaların oyunlarına baxırıq. 3-4 istedadlı cavan uşaq var. Amma onları inkişaf etdirmək məsələsi də var. Gərək bir yığmadan başqa yığmaya gedəndə uşaq itməsin. İndi görək bu məsələlər necə olacaq. Əsas iş klubda olmalıdır. Çünki milli komanda cəmi 5-10 günlük yığılır. Mən həmişə təkrar etmişəm, futbolçu klubda inkişaf etməlidir, yığmada yox.
- Deməli, millimizin baş məşqçisi Canni De Byazi də ölkədə milliyə namizəd futbolçu olmadığına görə Antalyaya üz tutub?
- O, azərbaycanlı futbolçulara baxır, axtarır. Burada anlaşılmayacaq bir şey yoxdur. Əgər bizim uşaqlar güclüdürsə, niyə dəvət etməsin? Xaricdən bütün dünya oyunçu gətirir. Burada qəribə heç nə yoxdur. Biri Rusiyanın yüksək liqasında oynayır, digəri də Ukraynada çıxış edir. Yəni, belə şeylər başa düşüləndir. Hələ o futbolçuların razı olub-olmaması məsələsi də var. De Byazi oyunçularla Antaliyada tanış olub. Səhv etmirəmsə, dünən qayıdıb. İndi xoşuna gəlib, ya gəlməyib, onu deyə bilmərəm. Söhbət ondan gedir ki, bu termin aydın olmalıdır: oyunçu klubda inkişaf edir, yığmada səs salır. Yəni, yığmada çıxış edən futbolçunu Avropada görürlər və transfer edirlər.
- Dediniz ki, bütün dünyada milliyə ölkə xaricindən futbolçu cəlb edilir. Bəs bu tendensiya yerli futbolçularımızın inkişafını bir qədər də zəiflətməyəcək?
- Mənim öz prinsipim var. Yığmada da, klubda da işləyəndə belə yanaşırdım ki, millidə oynamaq istəyirsənsə, klubda lider kimi olmalısan. Bizdə belə oyunçular var? Çox nadir hallarda olur. Amma 20, 21, 22 yaşlı futbolçu inkişaf etmək üçün əvvəlcə klubda yaxşı oynamalıdır. Məşq prosesi güclü olmalıdır. Ondan sonra gəlib yığmada oynasın də. Biz də istəyərik ki, azərbaycanlı uşaqlar millidə çıxış etsinlər. Hazırda mənim düşüncəm odur ki, yığmanın hər bir oyunçusu öz klubunda lider olmalıdır. Onda buyur, gəl, millidə oyna.
- Premyer Liqada yeni mövsümdən 10 komandanın olacağı müzakirə edilir. Sizcə, nə dərəcədə mümkündür?
- Bəli. Biz də 10, lap 12 komanda çıxış etməsinin tərəfdarıyıq. Amma maliyyə tərəfi də var. Çünki həmin klubların infrastrukturu, bazası və s. yerində olmalıdır. Çox qəribə haldır ki, mən biznesmenəm, imkanım, pulum var, stadionum yox, bazam yox, amma komanda saxlayıram. Bu necə ola bilər? Komanda saxlamaq üçün stadion, baza olmalıdır, lisenziyalaşdırma olmalıdır. Əgər divizionda 1-ci, 2-ci, 3-cü yerlərdən birini tutdunsa, bazan, stadionun, akademiyan varsa, orada 10 futbolçu Azərbaycan birinciliyində çıxış edirsə, bu, lisenziyadır. Amma lisenziya yoxdursa, çempion da olsan, sənin yüksək liqada çıxış etməyə ixtiyarın yoxdur. Bu, UEFA-nın tələbidir. Mənim tələbim deyil ki. Ona görə də əvvəlcə infrastrukturu düzəltmək lazımdır. Bizdə çox qəribə hal alınır ki, bəzi klublarda baza yoxdur. Futbolçunun da işi budur ki, səhər gəlib, axşam getməlidir. Əvvəl gəlirdilər, 2 məşq edirdilər, axşam evə gedirdilər. Onda məşq prosesinin ardıcıllığı da olar, həm də oyunçu itməz. Həmçinin məşqçi də inkişaf edər.
- Bayaq yeni futbolçuların yetişmədiyini qeyd etdiniz. Yəqin razısınız ki, bunun əsas səbəbi bölgələrdə futbolun tədricən yoxa çıxmasıdır.
- Bəli. Bizim futbola Bakı şəhərindən çox bölgələrimiz lazımdır. Gəncə, Tovuz, Zaqatala, Lənkəran, elə Mingəçevirin özü də. Mingəçevirdə yaxşı komanda olub. Orada şərait düzəltmək lazımdır. Çünki orada olan hava şəraiti əlverişlidir. Qışda da oynamaq olar. Həm də uşaq çoxdur.
Azərbaycan çempionatında 15 yaşa qədər futbolçular oynayırlar. Bunun da maddiyyatını AFFA təmin edir. Amma sonra isə komandalar lazımdır ki, akademiyaları üçün seçsinlər. Bu işdə ardıcıllıq olmalıdır. Amma onu da klublar etməlidir.
- AFFA-nın “Keşlə” və “Səbail”ə pul ayırmasını bilirik. Sizcə, bu vəsaitin daha çox futbolçu yetişdirmək potensialı olan “Kəpəz” və “Turan Tovuz”a ayrılması daha yaxşı olmaz?
- Mən bilmirəm o klublara nə qədər pul ayrılır. Ancaq AFFA da çalışır ki, bölgələrdə komandalar olsun. Deyəsən, Premyer Liqaya gələcək yeni komandalar da bölgələrdən olacaq. Hansılar olacaq, ona rəhbərlik qərar verəcək. Ümumiyyətlə, inkişaf etmək üçün bölgələrdə komandalar olmalıdır. Yenə də əsas şey maliyyədən asılıdır. Maliyyə olsa, infrastruktur yaratmaq da olar. "Qəbələ"ni misal gətirmək olar. Qəbələdə heç futbol yox idi. Maliyyə ayırdılar. Həmin insanlara təşəkkür edirəm. Həm akademiya yaradıldı, həm də komanda əsas çempionatda oynayır.
Ramiq AĞAMƏMMƏDOV
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama