Ötən həftə milli komandamızın baş məşqçisi Canni de Byazi Antalyada olub.
Qol.az xəbər verir ki,italiyalı mütəxəssisin səfərində məqsəd millimizə dəvəti gözlənilən futbolçuların oyununu izləmək olub. Söhbət Ukrayna Premyer Liqa təmsilçisi “Minay” klubunun üzvləri Anatoli Nuriyev (yarımmüdafiəçi, 24 yaş) və Rüstəm Əhmədzadədən (hücumçu, 20 yaş) gedir.
Qeyd edək ki, hər iki futbolçu Antalyada “Veres”ə (Ukrayna) qarşı keçirlən yoxlama matçının (4:0) iştirakçıları olub. De Byazi bu matçı canlı izləyib. Nuriyev 70, Əhmədzadə isə 45 dəqiqə meydanda olub.
Oyundan sonra Canni de Byazi hər iki futbolçu ilə ayrılıqda görüşüb. Rüstəm Əhmədzadə azerisport.com saytına açıqlamasında bildirib ki, o, milli komandamızda oynamaq təklifini qəbul edib.
“Bu, mənə maraqlıdır. Azərbaycan millisində oynayacağım üçün şadam” – deyə o bildirib.
Onun sözlərinə görə, milliyə nə vaxt qoşulacağını hələ bilmir: “Çünki rəsmi sənədləşmə başlamayıb. Amma ümid edirəm ki, hər şey alınacaq”.
Nuriyevin dəvəti qəbul edib-etməyəcəyi barədə isə məlumat yoxdur.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı