“Liverpul”un qapıçısı klubdan gedə bilər

“Liverpul”un qapıçısı klubdan gedə bilər
DÜNYA FUTBOLU 5 Noyabr 2026 / 18:33 42
-  A +

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını ölkəsində davam etdirə bilər.

QOL.az xəbər verir ki, “Flamenqo” 34 yaşlı braziliyalı qolkiperin transferi ilə maraqlanır. Rio-de-Janeyro klubu futbolçunu 2026/2027 mövsümünün sonunda azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir.

“Sport Witness”in məlumatına görə, transferlə bağlı klub rəhbərliyində fikir ayrılığı var. Bəzi rəsmilər Alissonun yüksək maaşının maliyyə baxımdan çətinlik yaradacağını düşünür.

“Liverpul” isə hələlik təcrübəli qapıçıya yeni müqavilə təklif etməyib. Onun hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Alisson 2018-ci ildə “Roma”dan “Liverpul”a keçib. O, İngiltərə klubunda 350-dən çox oyun keçirib, iki dəfə Premyer Liqanın, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner