“Neftçi” Azərbaycan kubokunda uğursuz seriyanı davam etdirir.
Qol.az-ın xəbərinə görə, paytaxt təmsilçisi dalbadal iki mövsümdür bu yarışda bir qol belə vura bilməyib. Ümumiyyətlə, “ağ-qaralar” son dəfə kubokda 2018-19 mövsümündə “Sumqayıt”la 1/4 final matçında (1:0) fərqlənib. Buna baxmayaraq, həmin mövsüm “Neftçi” digər matçda “Sumqayıt”a 2:0 hesabı ilə uduzduğundan mərhələ adlaya bilməyib.
Sonrakı iki mövsümdə də komanda mübarizəyə başladığı 1/4 finalda məğlubiyyətlə üzləşib. 2019/20 mövsümündə də onlar “Sumqayıt”ın öhdəsindən gələ bilməyiblər (0:1, 0:0).
Maraqlıdır ki, 2020/21 mövsümündə də “Neftçi” eyni hesablı uğursuzluqla üzləşib. Bu dəfə komanda “Zirə” qarşısında aciz qalıb (0:1, 0:0) və rəqib qapısına bir dəfə də olsun yol tapa bilməyib.
Nəticədə hazırda klubun azarkeşləri vaxtında yaxşı hücumçu almadığına görə klubu tənqid edir.
Əlavə edək ki, Azərbaycan kubokunun altıqat qalibi olan “Neftçi”nin bu yarışda son ən yaxşı nəticəsi 2015/16 mövsümünə təsadüf edir. Həmin vaxt komanda finala qədər gəlsə də, həlledici görüşdə “Qarabağ”a 0:1 hesabı ilə uduzub.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı