Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sumqayıt”la keçirilən cavab oyununda "Səbail”in məşqçisi Vüqar Məmmədin qırmızı vərəqə almasının səbəbi müəyyənləşib.
Qol.az xəbər verir ki, qarşılaşmanın protokolunda gənc mütəxəssisin hakimi vurduğu üçün texniki zonadan qovulduğu qeyd olunub.
Hadisə matçın 76-cı dəqiqəsində baş verib. "Səbail”in hücumu zamanı komandanın penalti gözlədiyi epizodda baş hakim Orxan Məmmədovun "davam” qərarı Aftandil Hacıyevin köməkçisini özündən çıxarıb. Nəticədə yan xətt hakimini vuran Vüqar Məmməd qırmızı vərəqə alaraq texniki zonanı tərk edib.
U-17 millimizin sabiq baş məşqçisinin bu hərəkətinə görə, AFFA İntizam Komitəsi tərəfindən ağır sanksiyaya məruz qalması qaçılmazdır.
Qeyd edək ki, öz meydanında "Səbail”ə 0:1 hesabı ilə məğlub olan "Sumqayıt” revanşda 2:1 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.(apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı