"İlk oyunda 3:1 hesablı qələbə qazanmağımıza baxmayaraq, oyunçularımızda yenə də istək var idi".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis Qəbələ şəhər stadionunun ot örtüyündə problemin olduğunu bildirib:
"Matçın əvvəllərində meydanın durumu daha yaxşı idi. Sonradan dedilər ki, ot örtüyündə bir az problemlər var. Su vurmadılar, topun hərəkəti həddən artıq çətinləşdi. Sonda hər iki komanda adi epizodlarda top itkilərinə çox yol verdi. Bu amil matçın tempini bir qədər aşağı saldı. Buna baxmayaraq, qarşıya qoyulan minimum məqsədə çataraq yarımfinala vəsiqə qazandıq".
Təcrübəli mütəxəssis "Qəbələ" barədə də müsbət fikirlər səsləndirib:
"Qəbələ"nin heyətinə baxandan sonra köməkçilərimlə danışdım ki, bu komanda heç bir rəqibdən çəkinmir. Həmişə hücum potensialını yaxşılaşdırmağa çalışırlar. Heyətdə bir neçə rotasiya etmişdilər, meydanda daha çox hücumameyilli oyunçuları var idi. İnanıram ki, "Qəbələ" daha yaxşı oyunlar nümayiş etdirəcək. Bu komandanın yaxşı nəticələrə ehtiyacı var, Qəbələ şəhəri buna layiqdir".
Baş məşqçi ilk görüşdəki qələbəyə baxmayaraq, əsas heyətlə mübarizə aparmalarını həm çempionatda oyun azlığı, həm də ciddiyyəti qorumaqla əlaqələndirib:
"Mövsümün ikinci yarısına yeni başlamışıq. Hər bir futbolçunun idman formasını yaxşılaşdırmağa ehtiyacı var. Bunu da ancaq oyunlarla etmək mümkündür. Bir o qədər çox sayda futbolçumuz da yoxdur. 14-15 futbolçu əsas heyət üzvüdür, matçlarda 2-3 dəyişiklik edirik. Qarşıdakı görüşlərdə heyətdə 1-2 dəyişiklik ola bilər, amma hamısı əsas heyət üzvüdür. Məsələn, ötən matçda az meydanda olanlara bu gün 90 dəqiqə şans verdik. Çox kiçik rotasiya etdik. Nə yorğunluq, nə də başqa bir şey var idi".
Qeyd edək ki, ilk matçda 3:1 hesablı qələbə qazanan "Qarabağ" cavab görüşündə də rəqib qapısından 3 cavabsız top keçirərək yarımfinala adlayıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı