"Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəlib".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Donald Gerye İnstaqram səhifəsində yazıb.
Haitili yarımmüdafiəçi başqa kluba keçmək üçün "Qarabağ"dan icazə istədiyini qeyd edib: "Hər kəsdən, xüsusən də azarkeşlərdən xahiş edirəm ki, məni başa düşsünlər. Onlar bu illər ərzində möhtəşəm idilər. Bu klubdakı illərim misilsiz oldu. "Qarabağ" çox yüksək hədəflərə sahibdir, bu səbəbdən mənim üçün həyacanverici, düşüncəli, eyni zamanda çətin dövr oldu. Amma çox yaxşı bilirəm ki, burada futboldan bənzərsiz şəkildə zövq aldım. Bunu heç vaxt unutmayacağam. Azarkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm. Bu həyacanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram".
Kiprin "Apollon" klubuna keçən Gerye artıq karyerasında yenilik etməyin vaxtı çatdığını bildirib: "Gedirəm, amma bu forma mənə həmişə "Qarabağ"la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun".
Qeyd edək ki, D.Gerye 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 32 yaşlı oyunçu 2019-cu ilin yayında "Neftçi"yə transfer olunmuş və 2020-ci ilin iyununda oradan ayrılmışdı. Ötən ilin yayında yenidən "Qarabağ"a keçən futbolçu ilə yaya qədər olan müqavilənin ləğv edildiyi ötən gün açıqlanıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı