Unibank Premyer Liqasının geridə qalan 5 turunda məğlub olmayan cəmi 3 klub qalıb ki, onlardan biri də “Gəncə”dir. Lakin liderlər qrupunda qərarlaşan “Xəzər Lənkəran”la “Neftçi”dən fərqli olaraq, gəncəlilər heç qələbə də qazana bilməyib. Bölgə təmsilçisi keçirdiyi 4 oyunun hamısında meydandan heç-heçə ilə ayrılıb. Ən maraqlısı isə, həmin oyunların hamısının 1:1 hesabı ilə başa çatmasıdır. Məhz bu və digər maraqlı məqamlarla əlaqədar “Gəncə”nin baş məşqçisi Fuad İsmayılovla söhbətləşdik. Gəncə klubunun baş məşqçisi Qol.Az-ın müxbiri ilə söhbətində elə ilk olaraq, qələbə həsrətinə son qoya bilməmələri haqda danışdı:
- Biz oyunlara heç-heçə etmək üçün çıxmırıq. Hər bir oyunda əsas məqsədimiz qələbə qazanmaqdır. Amma bu futboldur, hər oyundan qələbəylə ayrılmaq da mümkün deyil. Bunu təsadüf də adlandırmaq olar. Hər halda keçirilən dörd görüşün hamısında heç-heçə qeydə alınıb, hamısı da 1:1 hesabıyla. Görünür nəsə çatışmır ki, qələbə qazana bilmirik. Baxmayaraq ki, qələbə qazanmaq üçün əlimizdən gələn hər şeyi etməyə çalışırıq.
- Sizcə, komandanızın qələbə qazana bilməməsinə nə mane olur, dediyiniz çatışmazlıqlar hansılardır?
- Bilirsiz, biz bütün qarşılaşmalarda hücum futboluna üstünlük veririk, daim qol vurmağa çalışırıq. Amma keçirilən 4 oyunun hamısında cəmi 1 qol vura bilmişik. Elə dünənki “Bakı”yla oyunda da kifayət qədər qol epizodlarımız oldu. Lakin təəssüf ki, futbolçularımız həmin epizodlardan lazımınca yararlana bilmir. Buna da daha çox tələskənlik mane olur. Uşaqlar sanki qol vurmağa, nəticə qazanmağa tələsirlər. Halbuki bir az səbrli davransaydılar, bütün qarşılaşmalarda qələbə qazana bilərdik.
- Bəs, qələbə həsrətinə son qoymaq, belə xal itkiləri ilə üzləşməmək üçün hansı tədbirlər görürsünüz?
- Bu yöndə işlər davam edir. Hər məşqdə futbolçularla söhbətlər edirik, onları təmkinli olmağa, tələsməməyə çağırırıq. Səhvlərimizi araşdırıb, onların təkrarlanmamasına çalışırıq. İnşallah, növbəti oyunlarda qələbə də qazanacağımıza inanıram.
- Komandaya cəlb olunan futbolçuların çıxışı sizi nə dərəcədə qane edir?
- Hamısı təcrübəli, öz işlərini bilər oyunçulardır. Kimdənsə narazı olduğumu deyə bilmərəm. Bilirsiz ki, hər komandanın tam formalaşması üçün müəyyən vaxt lazımdır. Biz də oyundan oyuna artırmaqdayıq. Xətlərarası əlaqə getdikcə düzəlir. Növbəti oyunlarda daha parlaq oyun sərgiləyən “Gəncə” görəcəksiniz.
- Siz əsasən təcrübəli futbolçulara güvənirsiniz? Bu, sırf hazırkı mövsüm üçün nəticə qazanmaq məqsədi daşıyır?
- Düzdür, heyətimizdə təcrübəli oyunçular çoxdur. Amma gənc futbolçularımız da var. Hansı ki, komandanın ötən il birinci diviziondan Premyer Liqaya yüksəlməsində xidmətləri olub. İndi onlardan bəziləri əvəzedici heyətlərin çempionatında top qovsa da, əsas heyətdə oynayanları da var. Gələcək oyunlarımızda digərlərinin də özünü göstərib, əsas heyətə düşməsi mümkündür.
- Ümumiyyətlə, “Gəncə”nin qarşısına cari mövsümdə hansı vəzifələr qoyulub?
- Hər bir komandanın arzusu, məqsədi çempion olmaqdır. Biz də mükafatçılar sırasında yer almağa, ilk “altılığ”a düşməyə çalışırıq.
- Hazırkı heyəti bu vəzifənin öhdəsindən gəlmək üçün yetərli hesab edirsiz?
- Digər klublar kimi güclü transferlər edə bilməmişik. Amma hər halda bu heyətlə də nəticə qazana bilərik. Bu yöndə əlimizdən gələni əsirgəməməyə çalışırıq. İşimizin öhdəsindən nə dərəcədə gəlib-gəlməyəcəyimizi zaman göstərər.
- Qarşıda sizi 4 gün ərzində “Turan”la, eləcə də əvvəlki turlardan təxirə salınmış “Qarabağ”la oyunlar gözləyir. Bu qarşılaşmala hazırlıq necə gedir?
- Hazırda komanda üzvləri bir günlük istirahətə buraxılıb. Futbolçular sabahdan bir araya gələcək. Hər oyuna necə hazırlaşırdıqsa, bu qarşılaşmalara da eyni qaydada hazırlaşacağıq. Məqsədimiz qələbəsizlik sindromuna son qoymaqdır. İnşallah, bunu bacararıq.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi