"Məncə, "Qarabağ"a 0:6 hesablı məğlubiyyətə faciədən başqa ad qoymaq, don geyindirmək mümkün deyil. Bu nəticəni heç birimiz gözləmirdik".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasında yayımlanan "Həmsöhbət" verilişində qonaq olarkən deyib.
Klubun əvvəlki baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanovun istefası barədə danışan funksioner hər iki şəxsin komandanın tarixində iz qoyduğunu bildirib: "Bu insanlarla klubda yaxşı işlər görmüşdük. Hər ikisinə təşəkkürümü bildirirəm. Onları saxlamaq üçün cəhdlərim oldu. Amma fikirlərində qəti idilər. Bu cür vidalaşmağı istəməzdik. Amma belə oldu. "Neftçi"nin daşı çox ağırdır".
İşlədiyi klublarda hər zaman idman direktoru və baş məşqçinin arxasında dayandığını söyləyən Quliyev tez-tez dəyişiklik tərəfdarı olmadığını vurğulayıb: "Hər insana vaxt vermək lazımdır. Aramızdakı söhbətləri burada açıqlamaq istəmirəm. Amma şəxsi problemlər heç vaxt olmayıb. Onlar klubda sabitliyi təmin edən şəxslərdən idilər. Sultanov burada çox iş görüb. Əlaqələrimiz davam edir, lazım olanda məsləhət alacağıq. Hər ikisi yaxşı mütəxəssisdir. Onları gələcəkdə uğurlar gözləyir, "Neftçi"də iz qoyan insanlardır".
Samir Abasovun təyinatına da toxunan klub prezidenti seçimlərini bu cür izah edib: "Neftçi" kimi kluba baş məşqçi təyinatı bir anın işi deyil. Elə vaxtdayıq ki, bu yer boş qalsaydı, qeyri-sabitlik davam edə bilərdi. Müşahidə Şurasının növbədənkənar iclasında bir çox namizədin adı təklif olunmuşdu. Sonda Samir Abasovun baş məşqçi olması məsləhət bilindi. Onunla "Sumqayıt"da da bir yerdə işləmişik. 2015-ci ildən əsas komandanın baş məşqçisi təyin olundu. İnanmaq istəyirik ki, Azərbaycanın ən böyük klubu ilə Samir Abasovun futbola baxışı, oyun planları üst-üstə düşəcək. Onun oyun dəsti-xəttini nəzərə alaraq, Abasovun təyinatı təsdiqləndi".
Qeyd edək ki, "Neftçi" Premyer Liqanın 9-cu turunda "Qarabağ"a 0:6 hesabı ilə uduzub. Baş məşqçi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov həmin qarşılaşmadan sonra istefa veriblər.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli
"Tottenhem"də itki
Azərbaycan millisi Tacikistanı belə məğlub etdi - Video
Azərbaycan Avropa çempionatında ilk medalını qazandı
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir