"Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Qol.az xəbər verir ki, ispan mütəxəssis 1:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- İlk hissədə dominant tərəf biz idik. Rəqibin əks-hücumlarına imkan vermirdik. Hücumları sonlandırmaqda dəqiqlik çatışmırdı. İkinci hissədə də üstün tərəf biz idik, istədiyimiz qolu da vurduq. Daha sonra istədiyimizi edə bilmədik və rəqib əks-hücumda qol vurdu, qələbə qazandı.
- Komandanın sonlarda 7-8 futbolçu ilə öndə hücum etməsinə nə zərurət var idi ki, sonda da əks-hücumdan qol buraxıb, 1 xaldan oldunuz?
- 1:0-dan sonra bizə qol lazım idi. Son dəqiqələrdə komandamın oyunundan razıyam. Bəlkə də, mənim də səhvim var idi. Lakin oyunun qırılma nöqtələri çox idi.
- Komandanın heyətində keyfiyyətli oyunçular var, ancaq ardıcıl məğlubiyyətlər alırsınız. Bunun səbəbi nədir?
- Məğlubiyyətldərdə bir səbəb axtarmaq lazım deyil. Komanda daxilində problem yoxdur. Əlbəttə, 4 oyun məğlub olandan sonra dinamika da dəyişir. Məsələn, "Sumqayıt"ın yaxşı dinamikası var və qollar vura bilir. Bu dinamika bizdə də olsaydı, bəlkə biz də qol vurub, qələbə qazana bilərdik. Bu vəziyyətdən tək çıxış yolu daha çox işləməkdir.
- Rəhbərliklə hər hansı söhbətiniz olurmu?
- Rəhbərlik mənə sadəcə, dəstək olur. Mən gələndə də hədəfimizin nə olduğunu demişdim.
- Bu nəticələrdən sonra İspaniyada bunu necə qarşılayardılar?
- Hazırda düşdüyümüz situasiya yaxşı deyil. Ötən konfransda da demişdim ki, İspaniyada bəlkə də buna başqa cür baxardılar. Hərənin bir cür yanaşması var. Məşqçini nə vaxt göndərmək lazım olduğunu mən də bilmirəm. Bura gələndə əsas onu danışmışdım ki, öz oyun stilimizi yaratmalıyıq. Bəzən nəyisə dəyişmək çox vaxt alır. Bunu bəhanə olaraq demək istəmirəm.
- Baş məşqçi nə vaxt getməlidir?
- Mən başladığım layihələri tərk etməməyi üstün tuturam. Klub və futbolçular məni istəməsə, razılığa gəlmək olar. Ancaq indi belə bir şey yoxdur.
- Ramil və Rodriqesin bir-birini əvəzləyərək oynaması daha yaxşı olmazmı?
- Ramilin bu mövqedəki oyunu məni qane edir. Amma müəyyən şeylər var ki, artırmaq lazımdır.
- Belə məğlubiyyətlərdən sonra hədəfiniz Premyer Liqada qalmaqdır, yoxsa Avropa Liqası üçün mübarizə aparmaq?
- Hələ qazana biləcək çox xallar var. Bizim əsas məqsədimiz istədiyimiz oyun tərzini aşılamaqdır. Qarşımızda vaxt var, istədiyimizi edib, yaxşı oyun göstərib, hədəflərimizə çatmaq üçün mübarizə aparacağıq. Məsələn, "Neftçi" əvvəl uğursuz idi, ancaq dünənki oyundan sonra liderliyə yüksəlmişdilər.
- Hakimliklə bağlı fikirləriniz nədir?
- Hər zaman olduğu kimi onu demək istəyirəm ki, hakim də artırmalıdır.
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro
"Arsenal" yeni qapıçı hədəfə aldı
"Şamaxı" onu da göndərdi
"Zirə" 5 futbolçu ilə yollarını ayırdı
Yığmamız Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin növbəti məşqindən - Şəkillər
Enrike ilə bağlı qərar verildi
Azərbaycan yığması liderliyə yüksəldi
"Arsenal" transferlərə sərvət ayırdı
PSJ 150 milyon avro qazandı
Azərbaycan cüdoçusu qızıl medal qazandı
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
PSJ-nin qələbəsindən sonra 326 nəfər saxlanılıb - Video
Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq
“Real”a ulduzlar yox, “ac futbolçular” istəyir
Slotun qovulması onu və futbolçuları şoka salıb
"Arsenal"a atmaca: "Meydanda yalnız bir komanda gördüm"
Azərbaycan millisinin heyətində dəyişiklik
"Sabah" Sekidika ilə yolları ayırdı
Cənnətdəki mələyin səninlə fəxr edir!
Dramatik oyun, PSJ-nin qalibiyyəti - Video
Arteta: "Heç vaxt topla belə performans görməmişəm"
Enrikedən çempionluq şərhi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı