Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Qol.Az saytına müsahibəsi
- Artıq yeni çempionatda dörd tur arxada qalıb. Çempionatın gedişatı haqda fikirləriniz necədir?
- Fikirlərim müsbətdir. Dörd turun arxada qalmasına baxmayaraq, ötənilki yarışla indiki arasında böyük fərq var. Hər şeydən əvvəl komandalar güclü transferlər ediblər. Birinci divizionda da 14 komanda yarışır. Onlardan ikisi - «Standard» və «ABN Bərdə» fəaliyyətlərini dayandırdı, amma əvəzində əlavə dörd yeni komanda yarışlarda iştirak edir ki, bu da bizi sevindirməyə bilməz. Bunun özü artıq Azərbaycanda futbolun inkişafından xəbər verir. AFFA-nın hazırkı rəhbərliyinin gördüyü işlər sayəsində futbola həvəs günbəgün artır. Bütün klublar da görür ki, haqq- adələt var. Buna görə də hər kəs öz gücünü göstərmək istəyir.
Premyer Liqada klublar çempionata böyük həvəslə başlayıblar. İnanıram ki, çempionatın sonlarında biz çox güclü mübarizənin şahidi olacağıq.
- Yüksək liqanı tərk edən bir komandanın - «Standard»ın birinci liqaya düşməsinə görə dağılması nə dərəcədə normaldır?
- Mən buna görə klubun prezidentini günahlandırmaq istəmirəm. Sadəcə, orada istədikləri komandanı və mühiti yarada bilmədilər. Mühasibatlıq, inzibatçılar düzgün işləmədi. Əgər komandadakı müəyyən adamlar işlərini düzgün görsəydilər, «Standard» dağılmazdı. - Builki çempionat maraqlı keçsə də, narazılıqlar da az deyil. Məsələn, daha çox «Qəbələ» klubu hakimlikdən narazıldıq edir.
- «Qəbələ» klubunun rəhbərliyinə böyük hörmətim var. Vaxtilə mən özüm də komandada çalışmışam. Mən də o fikirdə olmuşam ki, bizi sıxırlar. Amma onda əlimdə əsas vardı deyə, belə fikir səsləndirirdim. «Qəbələ»nin əsas şikayəti «Bakı» ilə oyunla bağlıdır. Təəssüf ki, ölkə xaricində olduğumdan həmin matçı stadionda izləyə bilməmişdim. İşə çıxdıqdan sonra isə matçın videoyazısına baxdım. «Qəbələ» klubu onların qapısına penalti təyin olunmasından şikayətlənir. Amma mən oyunun videoyazısını izlədim və buna əsasən deyə bilərəm ki, hakimin durduğu mövqedən baxanda həqiqətən də penalti var idi.
Bilirsiniz, hakim də insandır, səhv edə bilər. Amma qərəzdən söhbət gedə bilməz. AFFA prezidenti Rövnəq Abdullayevin dediyi kimi, qərəzli hakimlərə bizim futbolda yer yoxdur.
- Lənkərandakı son oyunlardan birində stadionun direktoru hakimlər otağına girərək onları təhqir edib. Əgər təkcə təhqir etməyib hakimə xəsarət yetirsəydi, buna görə kim cavabdeh olacaqdı? Belə hallar baş versə, kim məsuliyyət daşıyacaq?
- Gəlin, bu cür hadisələrin olacağını gözləməyək. Belə bir olay olsa, buna görə hadisəni törədən şəxs və klub rəhbərliyi günahkar olacaq.
- Hakimlərin təhlükəsizliyini təmin etmək üçün nə etmək fikrindəsiniz?
- Bundan sonra hakimlərə mühafizə qrupu ayrılacaq. Təəssüf ki, bəzi rayonlarda polislər klub rəhbərləri qarşısında aciz qalırlar.
- Hansı rayonlarda?
- Əgər ad çəkmək istəsəydim, bəzi sözünü ora əlavə etməzdim.
- Premyer Liqadakı müəyyən klubların maddi imkanları aşağıdır. Məsələn, MOİK gənclərdən təşkil olunub və yaxşı komandadır, amma pulları yoxdu. Onlara sponspor tapılması üçün sizə müraciət olunub?
- Siz hardan bilirsiniz ki MOİK-in pulu yoxdur? O klubun prezidenti Natiq Əliyevdir, hansı struktura məxsus olmasından də xəbəriniz var. Onlar gənclərə üstünlük verirlər. MOİK iki-üç il sonranı fikirləşərək yaxşı, köklü bir komanda yaratmağa çalışır.
- Premyer Liqanın sponsoru olan Unibankın stadionlarda loqolarının az yerləşdirilməsindən narazıdır. Bununla bağlı bank tərəfindən sizə edilən müraciətlə tanış olmusunuz?
- Bəli. Onlardan bizə məktub daxil olub, xahiş ediblər ki, bu məsələdə banka kömək edək. Bu mövzuda klub rəhbərləri ilə söhbətim olub. Onlar etiraz eləmir. Məktubda «Xəzər Lənkəran»ın adı çəkilib. Mais müəllimlə söhbətim oldu, deyir ki, gətirib loqolarını stadionda yerləşdirsinlər.
- Birinci dəstədə «Şuşa» komandası da mübarizəyə başlayıb. Bu komandadan gözləntiləriniz nədir?
- «Şuşa» komandasının yaranmasına ən çox dəstək verən şəxslərdən biri AFFA prezidenti Rövnəq Abdullayev olub. Rövnəq müəllim bildirir ki, hər bir bölgənin komandası olmalıdır. «Şuşa» klubu haqda ona məlumat verən kimi tapşırdı ki, bu komandaya kömək edək.
Komandanın hədəflərinə gəlincə, onlar öz işlərinə çox həvəslə başlayıblar. İnşallah, yaxın illərdə bu klub öz sözünü deyəcək.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı